11 in 19:05Oxunub: 623 |

Təzə gəlin intihar etdi

Təzə gəlin intihar etdi
Tovuz rayonunda intihar hadisəsi baş verib.
“EMTV.az” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tovuz mərkəzi bazarının yaxınlığında yerləşən dəmir yol körpüsündə qeydə alınıb.
Rayonun Bozalqanlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova özünü körpüdən yerə atıb. Yaralı vəziyyətdə tapılaraq dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Nəzərovanı xilas etmək mümkün olmayıb.
Məlumata görə, A.Nəzərova 15 gün əvvəl ailə qurmaq məqsədi ilə qaçırılıb.
Ailələr razılığa gələrək dünən toy şənliyi təşkil ediblər. Toydan sonra Aytən Nəzərova yoxa çıxıb.
Bu gün səhər isə o özünü dəmir yol körpüsündən ataraq intihar edib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 3482
XƏBƏR LENTİ

Reklam
Məzənnə