SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR

12-03-2019, 13:29 | Oxunub: 11 431 |

Şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR

Bum Qəbələnin ən böyük qəsəbələrindən biridir. Təəssüflər olsun ki, bu qəsəbənin məktəbi qəzalı vəziyyətdədir. Şəhid Təbriz Yaqubovun adını daşıyan məktəb 1983-ci ildə istifadəyə verilib.

Emtv.az xəbər verir ki,sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 627 şagirdin təhsil aldığı məktəbin vəziyyəti olduqca acınacaqlıdır. Üç mərtəbədən ibarət olan məktəbdə 30 sinif otağı mövcuddur. Hazırkı vəziyyətdə bu sinif otaqlarının 10-dan istifadə etmək, demək olar ki, mümkün deyil. 34 il bundan əvvəl istifadəyə verilən məktəbdə bu günə kimi bir dəfə də olsun, əsaslı təmir işləri aparılmayıb.

Məktəbdə hazırda istilik sistemi yoxdur, elektrik sistemi bərbad haldadır. Döşəmə betondan ibarətdir, pəncərələrdən istifadə etmək mümkünsüzdür. Binanın özülünün daşları ovulduğundan məktəb hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Təhsil müəssisəsinin dam örtüyü də yararsız vəziyyətdədir. Xüsusi ilə payız-qış mövsümündə yağış və qar suları dam örtüyündən damaraq sinif otaqlarını bərbad hala salır.

Məktəb direktoru Məlahət Dadaşovanın sözlərinə görə, təhsil müəssisəsinin qəzalı vəziyyətdə olması şagirdlərin dərsə davamiyyətinə də təsir göstərib. Bu da nəticədə tədrisin keyfiyyətinə mənfi təsir edir. O bildirir ki, aidiyyəti qurumlar tərəfindən məktəbin təmiri ilə bağlı lazımi tədbirlər görülməzsə, uçmaq təhlükəsi ilə üzləşən məktəbdə gələcəkdə bədbəxt hadisələr qaçılmaz olacaq.

Müəllim işgüzarlığı, gözəl və səliqəli sinif otaqları, müasir texniki qurğular, heç şübhəsiz ki, təhsilin uğurlu nəticələrinə hesablanmış ən mühüm amildir. Millətin gələcəyi olan təhsilə qayğı qeyd etdiyimiz kimi, bu gün ölkədə gündəmdə olan əsas məsələlərdən biridir. Zaman-zaman xırda təmir işləri görülməsinə baxmayaraq, məktəb binası uçmaq üzrədir.

Müəllimlərlə söhbətdən məlum olur ki, köhnə qapı-pəncərələri, uçulmuş tavanı olan bu binanı qışda qızdırmaq mümkünsüzdür. Soyuq sinif otaqları əsl xəstəlik mənbəyidir. Məktəbin hasarı rolunu oynayan lövhələr sovetlər dönəmindən qalan yadigardır. Məktəbin həyətindəki mal-qara, ev quşları, zibilliklər adamın gözünə girir.

Şəhidin şəkli və adı həkk olunmuş lövhədəki abidə-kompleks xarabalığı xatırladır. Təmirsiz dəhliz və sinif otaqları, demək olar ki, boşdur. Quru divarları və sınıq-salxaq oturacaqları olan otaqların heç birində əyani vəsaitə, dərs cədvəlinə, bir barmaq yazıya belə, rast gəlmək olmur. Halbuki qəsəbə sakinləri məktəbin sovetlər dövründə olduqca səliqəli və rayonun ən sayılıb-seçilən təhsil ocaqlarından biri olduğunu deyirlər.

Məktəbin mövcud durumu haqqında əlaqədar təşkilatların xəbəri var və məktəbin əsaslı təmir olunacağını bildirirlər. Qəbələ Rayon Təhsil Şöbəsinin əməkdaşı Yaşar Nəzirov da deyir ki, yaxın zamanlarda məsələ həll olunacaq.

Şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR
Şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR
Şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR
Şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR
Şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR