SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Elmar Məmmədyarov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

9-03-2019, 18:34 | Oxunub: 8 905 |

Elmar Məmmədyarov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan Respubikasının Milli Məclisinin sədri Oqtay Əsədovun səmimi salamlarını İslam Şurası Məclisinin sədri Əli Laricaniyə çatdırdı. Öz növbəsində Əli Laricani təşəkkürünü bildirərək, onun salamlarının Azərbaycanlı həmkarına çatdırılmasını xahiş etdi.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışdı.

Nazir Elmar Məmmədyarov hazırda həyata keçirilən ikitərəfil iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verdi. İki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətini qiymətləndirdi. Nazir, Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz arasında əlaqələrə töhfə verdiyini qeyd etdi.

İslam Şurası Məclisinin sədri Əli Laricani İran Parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirdi. İki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsini vurğuladı.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verdi. Azərbaycanın bölgədə sülhün və sabitiyin tərəfdarı olduğunu bildirdi.

Əli Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd etdi. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirildi. Iran Islam Şurası Məclisinin sədri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğuladı.

Elmar Məmmədyarov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR