17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
6 saatlıq əməliyyat 2 aylıq uşağı yenidən həyata qaytardı - FOTO
İki aylıq körpə üzərində aparılan ürək əməliyyatı onu yenidən həyata qaytarıb.
Emtv.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, anası bir həftə əvvəl doğulmuş Ramiqi Bərdə rayonunda kardioloqa aparıb müayinə etdirəndə körpəyə ağır anadangəlmə ürək qüsuru diaqnozu qoyublar. Uşağı Bakıya gətirərək müxtəlif xəstəxanalara üz tutublar. Həkimlər körpənin iyirmi gün ərzində təcili əməliyyat edilməsini, lakin onun yaşamaq ümidinin çox az olduğunu bildiriblər. Böyük arteriyaların transpozisiyası diaqnozu ilə doğulanların bədənə gedən damar sağ mədəcikdən, ağciyərlərə gedən damar isə sol mədəcikdən çıxır və bunun nəticəsində paralel qan dövranı yaranır. Həkimlər onun əməliyyat edilməsini məsləhət görüblər.
Mərkəzi Gömrük hospitalının ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun rəhbərlik etdiyi həkimlər briqadası həmin əməliyyatı aparmağı öz üzərinə götürüb. Altı saat davam edən ağır əməliyyatdan sonra xəstə reanimasiyada 20 gün süni tənəffüs aparatına qoşularaq yaşayıb. Cərrahların, eləcə də neonatoloq və reanimotoloqların birgə səyi ilə körpə yenidən həyata qaytarılıb.
İki ayı yenicə tamam olmuş Ramiq Əlizadə əməliyyatdan sonra normal vəziyyətdə ailə üzvlərinə qovuşub.
Nəzrin Abbaszadə
Emtv.az