SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mətbuat Şurasın yenə də- Bir neçə qəzetə xəbərdarlıq edildi

6-03-2019, 17:24 | Oxunub: 11 893 |

Mətbuat Şurasın yenə də- Bir neçə qəzetə xəbərdarlıq edildi

Martın 5-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Emtv.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovanın "criminal.az" saytına qarşı şikayətini araşdıran komissiya üzvləri bildiriblər ki, Mətbuat Şurası KİV-də yayımlanmış materiallar üzrə şikayətləri, eyni məsələnin məhkəmə müstəvisinə çıxmasına qədər olan mərhələdə qəbul edir. Hazırda şikayət doğuran məsələ məhkəmə araşdırması mərhələsində olduğu üçün baxılmamış saxlanılır.

İsmayıllı rayon sakini Ürbabə Mahmudovanın "a news.az" xəbər portalına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, sayt əməkdaşları şikayət doğuran materialı hazırlayarkən, geniş araşdırma aparıb, tənqidi ruhlu məqaləni sənədlərlə isbatlamağa çalışıblar. Bununla yanaşı, materialda adları epizodik olaraq keçən şəxslər də var ki, onlar əsas hədəf, tənqid obyekti deyillər. Məqalədən şikayət verən Ürbabə Mahmudova da orada adı epizodik keçən şəxslərdən biridir. Komissiya üzvləri yaranmış anlaşmazlığın aradan qaldırılması üçün tövsiyə ediblər ki, xəbər portalı Mahmudovaya izahedici fikirlərini yayımlamaq üçün şərait yaratsın.

Bakı şəhəri Suraxanı rayonu 275 saylı orta məktəbin bir qrup əməkdaşının "deryaz.az" saytına qarşı şikayətini araşdırarkən müəyyən edilib ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Eyni zamanda, Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin də mövqeyini öyrənib. Şikayətçilərə və sayt təmsilçilərinə dərc olunmuş materialdan kənar mübahisələrini hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq aydınlaşdırsınlar.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun "tehsil-press.az" saytına qarşı şikayəti saytın təkzib verməsi səbəbindən gündəlikdən çıxarılıb.

İclasda "Best-beef" kolbasa sexinin sahibkarı Malik Tahirovun "heqiqet.az" saytına qarşı şikayəti də müzakirə edilib. Müəyyən olunub ki, şikayət doğuran materialda AJPDQ-nin prinsipləri pozulub. Sayt əməkdaşları yol verdikləri qüsurlara haqq qazandıracaq ifadələr təqdim etməyiblər. Məsələ geniş araşdırılmaq üçün MŞ-nin "Reket jurnaistika"ya qarşı mübarizə Komissiyasına yönləndirilib.

AMEA-nın elmi işçilərinin "qaynarinfo.az" saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Həmçinin Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin mövqeyini öyrənib. Həmçinin şikayətçilərin narahatlığını nəzərə alaraq, təkzib xarakterli materiallar da yayıblayıb. Şikayətçilər isə bildiriblər ki, təkzib materialı yayılarkən, bəzi bəndlər ixtisar edilib, məzmuna xələl gəlib. Komissiya sayta tövsiyə edib ki, təqdim edilmiş təkzib materialını qarşı tərəflə razılaşdırılmış formada yenidən yayımlasın.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR