SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda şahmat müəllimlərinə sertifikatlar təqdim olunub

6-03-2019, 13:21 | Oxunub: 8 983 |

Naxçıvanda şahmat müəllimlərinə sertifikatlar təqdim olunub

Martın 5-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov deyib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib, orta məktəblərdə şahmat dərsləri tədris olunur. Şahmat Federasiyası Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunması üçün sertifikasiya imtahanları keçirib.

Seymur Talıbov diqqətə çatdırıb ki, şahmatın inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, Ali Məclis Sədrinin tapşırığına əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müəllimlərin nəzəri imtahanı ödənişsiz aparılıb. Bu da muxtar respublika rəhbərinin şahmatın inkişafına böyük önəm verdiyinin bariz nümunəsidir. Şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında mühüm rol oynayır. Ona görə də müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər. Federasiya sədri bu yolda şahmat müəllimlərinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikada Şahmat Mərkəzi və məktəblərinin maddi-texniki bazası yaxşılaşdırılıb, bu məktəblər 67 müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub. Eyni zamanda, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılıb, ümumilikdə, ümumtəhsil məktəblərinə 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti verilib. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərinin I-IX siniflərində dərsdənkənar məşğələlər hesabına 2923, şahmat məktəblərinin dərnək məşğələləri hesabına 2797 olmaqla, ümumilikdə, 5720 saat şahmat fənni tədris edilir. Ümumtəhsil məktəblərində şahmatın tədrisi ilə 445 müəllim məşğul olur.

Rəhman Məmmədov vurğulayıb ki, təhsil müəssisələrində şahmatın tədrisinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə sertifikasiya imtahanları keçirilib. Sertifikasiya iki mərhələdə aparılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin nəzəri, Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən isə təcrübi bilikləri yoxlanılıb. Müəllimlərdən 401-i imtahanı uğurla keçib, onlardan 25-i sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərib.

Sonra Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov və təhsil naziri Rəhman Məmmədov Naxçıvan şəhəri üzrə 9, Şərur rayonu üzrə 5, Ordubad rayonu üzrə 4, Culfa rayonu üzrə 2, Kəngərli rayonu üzrə 2, Şahbuz rayonu üzrə 2 olmaqla, ümumilikdə, imtahanlarda yüksək nəticə göstərmiş 25 müəllimə sertifikatları təqdim ediblər.

Həmin gün imtahandan keçən digər müəllimlərə də muxtar respublikanın rayon təhsil şöbələri və şahmat məktəbləri tərəfindən sertifikatlar verilib.


Naxçıvanda şahmat müəllimlərinə sertifikatlar təqdim olunub
Naxçıvanda şahmat müəllimlərinə sertifikatlar təqdim olunub

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR