17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydasında dəyişiklik edilib
Nazirlər Kabineti "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydası"nda dəyişiklik edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, qaydalara edilən yeni əlavəyə görə, məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi "Torpaq icarəsi haqqında" qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.
Bununla yanaşı, indiyədək mövcud olan qaydalara əsasən, məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edirdilər. Yerli icra hakimiyyətləri 10 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edirdi.
Qərara edilən yeni dəyişiklik əsasında isə bu maddələrdən "və icarəyə" sözləri çıxarılıb.
Nəzrin Abbaszadə
Emtv.az