SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş çox məhsuldar oldu və ölkəmizin inkişafına xidmət edəcək-Afaq Bəşirqızı

2-03-2019, 14:36 | Oxunub: 8 977 |

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş çox məhsuldar oldu və ölkəmizin inkişafına xidmət edəcək-Afaq Bəşirqızı

Yaradıcı ziyalıların Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü çox mühüm və məhsuldar oldu, bu görüş gözəl ölkəmizin gələcək inkişafına xidmət edəcək.

Emtv.az xəbər verir ki,bunu yerli mətbuata Xalq artisti, “Şöhrət” ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı deyib.

O bildirib ki, görüşdə incəsənət və mədəniyyət xadimləri müxtəlif problemlərin həlli üçün müraciətlər ediblər, vacib məsələlər müzakirə olunub, milli mədəniyyət və incəsənətin inkişaf yolları təklif edilib:

“Mən Dövlət Musiqili Teatrını birinci kateqoriyaya keçirməyi təklif etdim ki, bu da akademik ada yaxınlaşmağa imkan verəcək. Bu amil əmək haqlarının artmasına təsir göstərəcək. Orta və gənc yaşlı aktyorların mənzillə təmin olunması məsələsi də qaldırılıb. Hər bir görkəmli mədəniyyət və incəsənət xadiminin borcu bu günün və gələcək nəsillərin qeydinə qalmaqdır. Mən çox şad oldum ki, Prezident mənə diqqətlə qulaq asdı və öz çıxışında yaradıcı insanların rifahının yaxşılaşdırılması məsələsini vurğuladı”.

Xalq artistinin sözlərinə görə, bu cür görüşlər ölkəmizin siması olan, respublikamızı dünyada tanıtdıran, mənəvi tərbiyəyə və yüksək dəyərlərin təbliğinə xidmət edən mədəniyyətimizin gələcək inkişaf yollarının müəyyən olunması üçün çox vacibdir:

“Xüsusi vurğulamaq lazımdır ki, biz müharibə şəraitində yaşayırıq və bundan yaranan bütün çətinliklərə baxmayaraq hər kəs öz şəxsi ambisiyalarını kənara qoyub xalq naminə yaşamalı, hər kəs öz sahəsində vicdanla və vətəndaşlıq borcu hissi ilə işləməli və bununla ölkənin çiçəklənməsinə kömək etməlidir”.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR