SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xüsusilə rayonlarda musiqi məktəblərini ixtisara salmaq olmaz-Fərhad Bədəlbəyli

2-03-2019, 14:28 | Oxunub: 10 043 |

Xüsusilə rayonlarda musiqi məktəblərini ixtisara salmaq olmaz-Fərhad Bədəlbəyli

Xüsusilə rayonlarda musiqi məktəblərini ixtisara salmaq olmaz.Emtv.az xəbər verir ki, bunu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

F.Bədəlbəyli qeyd edib ki, 2021-ci ildə Bakı Musiqi Akademiyasının 100 illiyi tamam olacaq: "Onun məzunları buradadırlar, dünya şöhrətli ifaçılar Xuraman, Fidan, Firəngiz xanım, maestro Rauf. Yəni, bizim nəticələrimiz çox böyükdür. Bəstəkarlar məktəbi, vokal məktəbi. İndi bizim məzunlarımız Bolşoy Teatrda, La-Skalada ən möhtəşəm səhnələrdə konsertlərlə çıxış edirlər. Mən çox şadam ki, Üzeyir bəyin ənənələri davam etdirilir. Bu ənənələrin çox böyük bünövrəsi var, cənab Prezident, bu, musiqi məktəbləridir. Əgər musiqi məktəbləri, bu gözəl musiqi təhsili sistemi olmasaydı, bizim uğurlarımız da olmazdı. Bunu mütləq və mütləq saxlamaq lazımdır".

Rektor bildirib ki, nəbadə musiqi məktəblərini ixtisara salmaq, xüsusilə rayonlarda azaltmaq olmaz: "Biz rayonları nəyə görə diqqət mərkəzində saxlayırıq. Şəkidə Firəngiz xanım öz festivalını keçirir. Qəbələ festivalına görə sağ olsun Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu. Bu festivala 10 il ərzində ən möhtəşəm orkestrlər, solistlər gəliblər. Camaat indi özləri ailə üzvləri ilə konsertlərə gəlir. Yəni, mühit dəyişir. Rayonlarımızda musiqi məktəbləri çox vacibdir. Ona görə çox xahiş edirəm, biz nəbadə onlara toxunaq".

Xalq artisti daha bir məsələyə toxunub: "Məncə, artıq ölkəmizdə klassik musiqi alətləri kolleksiyasının yaradılmasının vaxtı gəlib çatıb. Cənab Prezident, bu, bütün dünyada böyük bir bazardır. Sizə misal gətirim. Qvarneri del Cezu skripkasının 2010-cu ildə iki milyon dollar qiyməti var idi. Bu gün onun qiyməti dörd milyon dollardır. Yəni, bunu biz investisiya şəklində ala bilərik və Azərbaycanın bu kolleksiyası olsa, burada bizim ən istedadlı cavan skripkaçılar oturublar. Elvin Qəniyev ayın 7-də maestro Rauf Abdullayevlə filarmoniyada çıxış edəcək. Onun qvarneri skripkası var, ona kirayə veriblər. Mən çox istərdim ki, Rusiyada, misal üçün, 60 milyon dollarlıq kolleksiya alıblar, violonçel. Yenə də deyirəm, bu, investisiyadır. Bu, o demək deyil ki, biz aldıq və qaldı. Vaxt ötdükcə, onun qiyməti qalxır. Əgər mümkünsə, bu kolleksiya məsələsinə baxasınız, cənab Prezident. Bu iki məsələ, bir də mən çox danışmaq istərdim. Amma bu iki məsələyə toxundum.

Cənab Prezident, doğrudan da biz Sizi dəstəklədik və sözün düzü, biz Sizi çox sevirik. Sizin ailənizi sevirik. Maşallah, Sizin qızınız Leylanı hamı çox istəyir. Mən bir neçə dəfə “Xocalıya ədalət!” kampaniyasında iştirak etmişəm. Bir qarabağlı kimi deyim ki, bu, çox təsirlidir. O kampaniya bütün dünyada aparılır. Sağ olsun Leyla xanım, ona dərin təşəkkürümü bildirirəm. Qarabağ icmasının üzvü kimi burada Elçin və bizim ağsaqqalımız əyləşib. Biz bir arzu ilə yaşayırıq - bu yol Şuşaya aparan yoldur. İnanırıq ki, biz gec-tez orada olmalıyıq. Biz Şuşasız yaşaya bilmərik".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR