SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mətbuat Şurasında iclas: Bu qəzet qara siyahıya salındı - FOTO

2-03-2019, 11:33 | Oxunub: 10 597 |

Mətbuat Şurasında iclas: Bu qəzet qara siyahıya salındı - FOTO

Ötən gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə və Apellyasiya Komissiyalarının birgə iclası keçirilib.

Emtv.az xəbər verir ki, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının "Təzadlar" qəzeti ilə bağlı "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, "Təzadlar"ın fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə Şuranın "qara siyahı"sında yer alıb. MŞ-nin "Reket nəşrlər"in müəyyənləşdirilməsinə dair Təlimatında göstərilir ki, adı "qara siyahı"dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda onun adı yenidən həmin siyahıya qaytarıla bilər. Sözügedən nəşr barədə Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, "Təzadlar" qəzetinin adı yenidən Şuranın "qara siyahı"sına daxil edilsin.

Apellyasiya Komissiyası tərəfindən "Ailə", "Avrotayms", "Bakı press", "Güzgü", "Dünya kriminal" və "Obyektiv fikir" qəzetlərinin adlarının Şuranın "qara siyahı"sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir Şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb. Bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR