SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Damla: “Susuram danışırlar, mahnı çıxır danışırlar...”- MÜSAHİBƏ

1-03-2019, 17:31 | Oxunub: 13 432 |

Damla: “Susuram danışırlar, mahnı çıxır danışırlar...”- MÜSAHİBƏ

Mügənni Damla yerli mətbuata müsahibə verib.

Emtv.az həmin müsahibəni təqdim edir:

Damla xanım ilk öncə yeni klipinizlə bağlı təbrik edirik sizi. Mətbuat konfransı zamanı siz qeyd etdiniz ki, keyfiyyətli iş təqdim etmək üçün türkiyyəli rejissorlarla işləmək məcburiyyətində qaldız. Növbəti kliplərinizdə bəs necə türkiyyəli rejissorlarla işləyəcəksiz ya azərbaycanlı rejissorlarla?

Təbii ki, planda var. Allah qismət eləsin niyə də olmasın. Əlbəttə istəyərəm hər zaman dinləyicilərimə keyfiyyətli işlər təqdim edim. Niyə də istəmiyim ki.

Bilirik ki, siz hər zaman qalmaqallardan uzaq durmağa çalışırsız. Amma buna baxmayaraq yenə də adınız qalmaqallarda hallanır. Bunun səbəbi nədir?

Susuram danışırlar, mahnı çıxır danışırlar, klip çıxır danışırlar, konsert olur danışırlar, evdə sakit otururam danışırlar. Yəni, bu danışanları nə etmək olar, danışan onsuz da danışacaq. Onlara cavab versəm yenə də danışacaqlar. Mübarizə aparsam ikiqat danışacaqlar. Nə etsəm onsuz da danışacaqlar bunun çarəsi yoxdur.

Danışanlar sizin sənət yoldaşlarınızdımı? Yəni onlar sizin paxıllığınızımı çəkir sizcə?

Mən bilmirəm bunun adı paxıllıqdırmı, acizlikdirmi, qısqanclıqdırmı, gözügötürməzlikdirmi. Mən bilmirəm kimlərdir, heç kimin haqqına da girə bilmərəm. Düşünürəm ki, hər kəs başını aşağı salıb öz işlərini görsələr, nə Damlaya vaxtı qalar danışmağa, nə ona nə buna. İşi olan adamın boş vaxtı olmur ki, kiminsə haqqında danışsın. Onlar boş adamlardı da mən neyniyim (gülür).

4-5 ay bundan əvvəl sizin İradə Mehri ilə aranızda qalmaqal baş vermişdi. İradə xanım sizin "Sevmişdim" mahnınızın onun olduğunu iddia edirdi. Həmin qalmaqalın sonu necə oldu?

Xahiş edirəm ümumiyyətlə, bu mövzu haqqında danışmayaq.

Yəni, sizin haqqınızda yayılan bu videonun onunla bir əlaqəsi ola bilərmi? Düşünmək olarmı ki, İradə xanım sizdən qisas almaq üçün belə bir video yayıb?

Vallah bilmirəm. Nə şübhələnirəm, nə israrla demirəm odur, nə də o, deyil demirəm. Bilmirəm mən. Yenə də deyirəm, mən bilmədiyim bir şey haqqında danışa bilmərəm. Mənə şər atıblar, mənə böhtan atıblar mən bunu həzm edə bilirəm? Yox! Mən necə başqa bir xanıma şər, böhtan ata bilərəm? Mənim bununla bağlı əlimdə dəlilim, sübutum yoxdur. Bildiyim qədəri ilə ağır ürək əməliyyatı keçirdib, Allah şəfa versin, yastığı yüngül olsun və tez bir zamanda sağalıb ayağa qalxsın.

Son zamanlarda yaşanan hadisələr göstərdi ki, bir çox məşhurlar sizə dəstək oldu. Onların sizə dəstək olacağını gözləyirdinizmi? Və ya kimlərdən dəstək gözləyirdiz hansı ki, onlar dəstək olmadı. Yəni, elə biri varmı?

Yox, mən ümumiyyətlə, heç kəsdən heç nə unmuram. Çünki, həmişə fikirləşirəm ki, insandır, fikirli ola bilər, problemləri ola bilər, başı qarışıq ola bilər. Vacib deyil ki, elə hamı yazıb mənə dəstək olmalıdır. Zəng edən sənət dostlarım da oldu, şəkil paylaşmayıb dəstək olan dostlarım da oldu. Sağolsunlar.

Bir çoxları sizin oxuma tərzinizi bəyənmir, təhqir edirlər, deyirlər ki, siz hər zaman bayağı mahnılar ifa edirsiniz. Amma siz hər zaman bu mövzularda susma mövqeyində dayanırsız. Bunun səbəbi nədir? Elə insanları məhkəməyə verərsinizmi?

Mən sənətçiyəm, indi də gedim ali orqanları gəzim, sora keçim məhkəməyə, daha sonra ali məhkəməyə, daha sonra apellyasiya məhkəməsinə. Elə işim gücüm məhkəmələri gəzmək olacaq. Bunu cəzalandırım məhkəməyə verim, onu cəzalandırım məhkəməyə verim. Bəs mənim işlərimi kim görsün? (gülür)

İnanın heç ağlımın ucundan da keçmir kimisə məhkəməyə verim. Məhkəmə qapılarını döyməkdə itirdiyim zamanı, daha keyfiyyətli işlərə sərf edərəm.

Biraz da sizin çəkildiyiniz "Vəziyyət rusca" filmindən danışaq

Bəli, komediyia janrındadır. Baxsanız, o qədər güləcəksiniz çünki, bizim bir kadrımız bəlkə də 4-5 dəfəyə çəkilib.

Filmdə ən çətin kadrlar hansılar idi? Hansı ki, siz o səhnədə çətinlik çəkdiniz?

Soyuducudan çıxan buz bağlamış toyuğu başıma atmışdılar. Düzü, zədələnmədim amma ağır toyuq hər dəfə başıma dəyirdi. Çox güləcəksiniz, filmdə doqquz qardaşın bir bacısıyam. Həyat yoldaşı üstünə qışqıran kimi, qardaşlarını həmin dəqiqə çağıran bir qız (gülür). Yəni, həyatdakı Damlaynan əlaqəsi olmayan bir xanımdır.

Bəs həyatdakı Damlanın yaşam tərzi elə olsaydı necə, dözə bilərdi?

Qəti yox! Mən həyatda elə ola bilmərəm. Yaxşı ki, elə deyil! Çünki, mən söz-söhbətdən uzaq olan biriyəm. Evim, otağım, öz işçi komandam, yeməyimi yeyim, çayımı içim, studiama gedim, toyuma gedib mahnı oxuyum, konsert olsun daha sonra gəlim yatım. Sakit həyat tərzi sürməyi sevirəm.

Gələcəkdə nə planlarınız var? Filmlə və ya klipnən bağlı? Yeni işlər olacaqmı?

Film ola bilər, fikrimizdə var. Klip hələ ki, yox çünki, başımız konsertlərə qarışıb. Ayın 20, 21, 22 konsertlərimiz olacaq.

Gördüyümüz qədəriylə siz hər zaman jurnalistlərin yanında olursuz, daima olara dəstək olursuz. Kliplərinizdə niyə onlara yer ayırmırsınız? Və ya fikrinizdə belə bir idea varmı?

Fikrimdə yox idi amma, qəşəng idea verdiniz mənə. Həqiqətən, mənə çox gözəl idea verdiniz bunu, mütləq dəyərləndirəcəm. Hətta, bir yox bir neçə jurnalist də ola bilər.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR