17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanlı sənətçi Vyana balını fəth etdi - FOTO
Avstriyanın paytaxtı Vyanadakı Dövlət Operasında 63-cü Vyana Opera Balı açılıb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriyanın dünyaca məşhur və ən önəmli dövlət balının əsl ulduzları rusiyalı opera müğənnisi Anna Netrebko ilə onun əri, azərbaycanlı sənətçi Yusif Eyvazov çıxış edib.
Balın ənənəvi konsepsiyasında məşhur opera sənətçilərinin çıxışlarından ibarət proloq var.
İlk əvvəl Yusif Eyvazov Cakomo Puççinin "Turandot" operasından Kalafın "Nessun Dorma" ariyasını ifa edib, sonra isə Anna Netrebko bala toplaşanları Luici Arditinin "İl bacio" mahnısı ilə feyziyab edib.
Sonda onlar Cakomo Puççinin "Bohema" operasından "O soave fanciulla" ariyasını birlikdə ifa ediblər.
Balın rəqs proqramı 144 debütant cütlüyün ifasında polonezlə başlanıb. Daha sonra konsret İohann Ştrausun valsı iə davam edib.
Balda musiqini Vyana Dövlət Operasının 150 musiqiçidən ibarət orkestri ifa edir.
Builki fəxri qonaqlar arasında ABŞ-ın sabiq prezidenti Barak Obamanın əmisi qızı Auma Obama vardı.
Vyanada hər il noyabr-mart aylarında bal mövsümü olur və bu zaman 400 bal təşkil olunur.
Nəzrin Abbaszadə
Emtv.az