SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov

1-03-2019, 09:26 | Oxunub: 11 658 |

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov

Emtv.az xəbər verir ki,yerli mətbuata müraciət edən Bakı şəhər, Badamdar qəsəbəsi, I-ci massiv, ev 396-da yaşayan Namiq Böyükkişi oğlu Qasımov Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevin bir zamanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci, 179.3.2, 179.2.1-ci, 320.1 və 320.2 maddələri ilə təqsirləndirilərək haqqında məhkəmə qərarı ilə 3 il həbs qəti imkan tədbiri seçilib. Şikayətçi əlavə olaraq qeyd edir ki, İkram Vəliyevi həbsə aparan səbəb onun dələduzluğu olub. İ.Vəliyev haqqında çıxarılan məhkəmə qətnaməsini redaksiyaya təqdim edən Namiq Qasımov əlavə olaraq qeyd etdi ki, bu şəxsin mühüm dövlət vəzifəsində olması kifayət qədər şübhəlidir. “Necə ola bilər ki, saxta möhür hazırladaraq rəsmi sənədi saxtalaşdıran bir şəxs Göyçay kmi rayonda İcra Hakimiyyəti başçısının I müavini olsun. Bəyəm məhbəs həyatı yaşayan şəxsin dövlət vəzifəsi daşıması mümkündürmü? Məsələ bununla da bitmir. İkram Vəliyevin oğlu Toğrul Vəliyev Göyçay rayon Yol Polisi Xidməti şöbəsində rəis müavinidir. Onun ikinci oğlu Nicat Vəliyev isə İsmayıllı rayonunda polis orqanlarında çalışır. Göründüyü kimi hansı vasitələrləsə bu şəxs yenidən mühüm dövlət vəzifəsinə nəinki təyinat alıb. Hətta övladlarını belə polis orqanlarında vəzifələrə təyin etdirib.”

Namiq Qasımovun iddiasına görə İkram Vəliyev ona külli miqdarda maddi ziyan vurub. Məhz həmin ziyanın nəticəsi olaraq şikayətçinin sahib olduğu əmlak girov qismində ondan alınıb. Məsələni araşdırmaq üçün İkram Vəliyevlə əlaqə saxlayan əməkdaşımıza I müavin ziddiyətli məlumatlar verdi. Əvvəlcə “mən elə bir şəxs tanımıram” – deyən İkram Vəliyev sonradan “o iki gün əvvəl mənim yanımda olub və biz onunla razılaşmışıq” deyə bildirdi. “Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” – deyən Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini həbs olunmadığını da qeyd etdi. Lakin redaksiyaya təqdim edilən, 26 avqust 2003-cü il tarixli Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündə isə konkret qeyd edilib: Vəliyev İkram Sabir oğlu Azərbaycan Respublikası CM-nin 32, 179.3.2, 320.1, 320.2ci maddələri ilə təqsirli bilib, CM-nin 32, 179.3.2-ci maddəsilə, CM-nin 62-ci maddəsini tətbiq etməklə 3(üç) il müddətinə, 320.1-ci maddəsilə 2 (iki) il və 320.2-ci maddəsilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilsin.

Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində 3 (üç) il müddətinə qəti azadlıqdan məhrum etmə cəzası saxlanılsın.

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov
Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR