19 avq 12:35Oxunub: 449 |

Bu dəfə döyülən polis oldu

Bu dəfə döyülən polis oldu
Sabunçuda ailə münaqişəsinə davasını sakitləşdirmək istəyən polislərə xəsarət yetirdilər Bakının Sabunçu rayonunda hadisə yerinə gedən polis əməkdaşları zorakılıqla üzləşib.

"EMTV.az" "Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Muxtarov qəsəbəsi, Ə.Bağırov küçəsindəki yeni tikilidə baş verib. Həmin ünvanda məişət zəminində qonşular arasında münaqişə baş verib. Həmin ünvanda yaşayan 1974-cü il təvəllüdlü Təranə Mərdiyeva münaqişəyə son qoyulması üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq polis cağırıb. Bundan sonra xəbər ötürmə xidmətindən hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. 12-ci polis bölməsinin əməkdaşları – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü, sahə inspektoru, polis baş leytenantı Emin Aslanov, 1992-ci il təvəllüdlü əməliyyat müvəkkili, polis mayoru İldırım Şarıtov və 1987-ci il təvəllüdlü, polis serjantı Elnur Səfərov hadisə yerinə yollanıblar. Həmin ünvanda 1992-ci il təvəllüdlü İmran Akif oğlu İsmayılov polis əməkdaşlarına qaşı zorakılıq edib və onları döyərək, bədənlərinin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Hadisə zamanı xəsarət alan polislərə tibbi yardım göstərilib. Hadisə ilə bağlı 12-ci polis bölməsində təhqiqat aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə