SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xocalı soyqırımı o qədər böyük bir faciədir ki, onun həqiqi miqyaslarını olduğu kimi dünyaya dərk etdirmək üçün yalnız ümumxalq aksiyasına qatılmaq, xalqın dərdini, hüznünü bölüşmək və paylaşmaq gərəkdir-Faiq ƏHMƏDOV-VİDEO-MÜSAHİBƏ

26-02-2019, 21:42 | Oxunub: 23 962 |

Xocalı soyqırımı o qədər böyük bir faciədir ki, onun həqiqi miqyaslarını olduğu kimi dünyaya dərk etdirmək üçün yalnız ümumxalq aksiyasına qatılmaq, xalqın dərdini, hüznünü bölüşmək və paylaşmaq gərəkdir-Faiq ƏHMƏDOV-VİDEO-MÜSAHİBƏ

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

Hər il olduğu kimi bu ildə Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmıdılar.

Emtv.az xəbər verir ki, "Azərbaycanın Səsi" İctimai Birliyinin Sədri, "Müstəqil-Lider" jurnalının baş redaktoru, tanınmış yazar, şair Məşədi Faiq Əhmədov da anım mərasimində iştirak etmişdir.

Nəzərinizə çatdırırıq ki, tədbirdə iştirak edən "EsmaMedia" TV-internet kanalının və Emtv.az saytının əməkdaşları da bu fürsətdən yararlanaraq, “Azərbaycanın Səsi” İB-in sədri Faiq müəllimdən faciəvi gün barədə qıssa müsahibə götürmüşdülər.

İctimai Birliyin sədri Faiq müəllimdən götürdüyümüz həmin video-müsahibəni olduğu kumi izləyicilərimizə təqdim edirik.

- Faiq müəllim, biz adətən “Azərbaycanın Səsi” İctimai Birliyinin bu kimi tədbirlərdə daha çoxsaylı heyətlə təmsil olduğunu görmüşük. Bu gün isə, Sizi sadəcə üçlükdə görürük. Bu bir təsadüfmüdür, yoxsa bugünkü proqram elə bu cür də tərtib olunub?

- Əslində bu günə “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən heç bir tədbir planlaşdırılmayıb. Bilirsiniz, bu gün min-bir ağrı-acı ilə 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı soyqırımı o qədər böyük bir faciədir ki, onun həqiqi miqyaslarını olduğu kimi dərk etmək və ən əsası da dünyaya dərk etdirmək üçün ayrılıqda heç bir qurum və ya təsisatın imkanları kifayət etməz. Bunun üçün yalnız ümumxalq aksiyasına qatılmaq, xalqın dərdini, hüznünü bölüşmək və paylaşmaq gərəkdir. Bu səbəbdən də biz qərara gəldik ki, bu gün “Azərbaycanın Səsi” İctimai Birliyinin üzvləri olaraq deyil, sıradan bir Azərbaycan vətəndaşları kimi bu izdihama qoşulaq, öz səsimizi xalqın səsinə qataq.

- Bununla belə düşünürəm ki, istənilən halda Sizin Xocalı soyqırımı haqda bölüşməyə müəyyən fikirləriniz yox deyil...

- Məlumdur ki, Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərinin, terrorçularının etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.

Bununla belə, məhz Xocalı soyqırımı tariximizə ən dəhşətli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən də ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.

Erməni işğalından sonra Xocalının maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının darmadağın edilməsi, ermənilərin sadəcə Azərbaycana deyil, bütün dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Və dünya bunu bilməlidir.

Qeyd etmək istərdim ki, bu gün Xocalı soyqırımı barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da misilsiz xidmətləri vardır.

Hesab edirəm ki, bizim borcumuz Xocalı faciəsini yalnız 26 fevral tarixində deyil, hər gün yad etmək, hər gün anmaq lazımdır. Allah şəhidlərimizə rəhmət eləsin!

"Azərbaycanın Səsi" İctimai Birliyinin "İctimaiətlə Əlaqələr Şöbə"sinin müdiri Nəzrin Abbaszadə.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR