SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

23-02-2019, 16:34 | Oxunub: 5 692 |

Naxçıvanda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Görkəmli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadə Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Cəlil Məmmədquluzadənin ev-muzeyində böyük yazıçının anadan olmasının 150 illik yubileyinə həsr edilmiş tədbirdə danışılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 17-də “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə görkəmli yazıçı-publisistin yubileyinin muxtar respublikamızda keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi böyük ədibə ehtiramın ifadəsidir.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev həmişə Cəlil Məmmədquluzadə irsinə, yazıçının əsərlərinin tədqiqi və kütləvi şəkildə nəşri məsələlərinə böyük diqqət və qayğı göstərib.

Sonra Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, dosentlər İman Cəfərli, Ramiz Qasımov çıxış ediblər.

Ədibin əsərlərindən nümunələr bədii qiraət edilib, muzeyin ekspozisiyasına baxış olub.

X X X


“Naxçıvan” Universitetində “Cəlil Məmmədquluzadə – 150” adlı konfrans keçirilib. Ədibin yaradıcılığını əks etdirən slaydın nümayişi ilə başlayan tədbirdə universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək Mirzə Cəlilin zəngin irsindən danışıb.

Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri İman Cəfərli, dosentlər Qənirə Əsgərova, Nüşabə Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva çıxış ediblər. Bildirilib ki, Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərib.

Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında tələbələr tərəfindən hazırlanan tamaşa maraqla qarşılanıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR