SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ağalarov Rusiya kosmodromunun tikintisində iştirak edə bilər

21-02-2019, 15:27 | Oxunub: 10 986 |

Ağalarov Rusiya kosmodromunun tikintisində iştirak edə bilər

Azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus Group” holdinq Rusiyanın “Vostoçnı” kosmodromunun tikintisində “Roskosmos”un yeni podratçısına çevrilə bilər.

Emtv.az xəbər verir ki,bu barədə RBK-ya holdinqin prezidenti A.Ağalarov məlumat verib.

“Hökumətdən müvafiq tapşırıq daxil olsa, “Crocus Group” “Roskosmos”un podratçısı ola bilər. Yaxın Şərqdə topladığımız təcrübəni - “Russkiy adası”nda Uzaq Şərq Federal Universitetinin tikintisini - o vaxt milyon kvadrat metrdən çox sahəsi olan kompleksin tikintisi üçün tələb olunan resurslara malik idik - nəzərə alsaq, bizim şirkət bu məsələni çözməyə qadirdir”, - deyə biznesmen bildirib.

“The Bell”in məlumatına görə, hazırda “Crocus”la danışıqlar davam edir. Danışıqlar müsbət nəticə versə, şirkətin ağırçəkili “Anqara” raketi üçün start kompleksini inşa edəcəyi gözlənilir.

Lahiyənin qiyməti 40 milyard rubl (təxminən 1,036,000,000 manat) qiymətləndirilir.

A.Ağalarovun holdinqinin layihəyə dəvət olunması əvvəlki baş podratçı “Kazan” İstehsalat Tikinti Birliyinin işlərə vaxtında başlamaması ilə əlaqədar olub. “The Bell”in müsahibinin sözlərinə görə, buna görə işlər növbəti dəfə ertələnməli olub.

RBK-nın “Roskosmos”a yaxın mənbəsi “Crocus” holdinqlə əməkdaşlıqla bağlı müzakirələrin getdiyini təsdiqləyib. “Crocus Group”un dövlət korporasiyasının podratçısı olma ehtimalı 90% civarında qiymətləndirilir.

“Tikintinin ilk mərhələsi ötən il yekunlaşmalı olsa da, planlaşdırılan obyektlərin yalnız dörddə bir hissəsinin tikintisi başa çatıb”, - deyə Rusiya baş naziri Dmitri Medvedev yanvar ayında bildirmişdi.

Qeyd edək ki, “Crocus Group” Rusiyada başlıca olaraq ticarət və sərgi komplekslərinin tikintisi və istismarı üzrə ixtisaslaşıb.

Habelə son illər A.Ağalarov məsuliyyətli dövlət sifarişlərini də qəbul edir. 2013-cü ildə “Crocus Group” “Russkiy adası”nda Uzaq Şərq Federal Universitetinin tikintisini həyata keçirib, daha sonra Kalininqrad və Rostovda futbol üzrə dünya çempionatı üçün stadionlar tikib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR