SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır-Türkiyə Prezidentinin müşaviri

21-02-2019, 15:16 | Oxunub: 9 802 |

Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır-Türkiyə Prezidentinin müşaviri

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində iki qardaş dövlət arasında münasibətlər öz qızıl dövrünü yaşayır.

Emtv.az xəbər verir ki, bunu yerli KİV-ə özəl müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu bildirib ki, Türkiyə və Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi "bir millət, iki dövlət"dir, hər iki dövləti bir-birinə tarixi, mədəni əlaqələr, dini inanclar bağlayır: "Azərbaycan qardaş ölkədir, bizim ortaq taleyimiz olduğu kimi, gələcəyə də eyni pəncərədən baxırıq".

O vurğulayıb ki, regionda, eləcə də dünyada sayılıb-seçilən hər iki ölkə bütün sahələrdə sıx əməkdaşlıq edirlər: "Bu, hamımız üçün qürurvericidir. Azərbaycan və Türkiyə heç vaxt bir-birindən ayrı olmayıblar və gücümüz heç şübhəsiz ki, millətin birliyindədir".

Prezident müşaviri qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinin həm regiona, həm də bütövlükdə dünyaya faydası var: "Əlaqələrimizin daha da möhkəmlənməsi və dərinləşməsi üçün qarşılıqlı səfərləri çoxaltmaqla yanaşı, ticarət dövriyyəsini də artırmalıyıq".

Y.Topçu deyib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın dəstəyini görüb:

"Azərbaycan hər zaman öz qardaşlıq vəzifəsini yerinə yetirib, Türkiyənin ən çətin günlərində yanımızda olub. Azərbaycan 2016-cı ildə Türkiyədə FETÖ terror təşkilatının hərbi çevirilişə cəhdi zamanı da qardaşlığını nümayiş etdirərək öz mövqeyini hər kəsdən öncə bəyan etmişdi. Həmçinin Türkiyənin təmsil olunmadığı beynəlxalq toplantıların birində Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyə burada yoxdur, amma mən buradayam" deyərək bizə dəstək olması Türkiyə xalqının yaddaşından heç vaxt silinməyəcək. Buna görə Prezident İlham Əliyevə minnətdarıq".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR