SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri var

20-02-2019, 15:05 | Oxunub: 13 746 |

Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri var

Görkəmli ədib Cəlil Məmmədquluzadənin publisistikası, dram əsərləri Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur.

Xalqa bağlılığı, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləri təbliğ edən yazıçının zəngin irsi xalqımızın ədəbiyyat tarixində və yaddaşında unudulmaz yer tutub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfransda səsləndirilib.

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, “Naxçıvan” və Naxçıvan Dövlət universitetləri tərəfindən birgə təşkil olunan konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlərin keçirildiyini bildirib. Alim sözügedən sərəncamları bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirib.

İsmayıl Hacıyev Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük yazıçı və ictimai xadim, Naxçıvan ədəbi mühitinin yetirməsi, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, Vətən, millət, dil Cəlil Məmmədquluzadə yaradıcılığının əsas mövzusu olub.

Alim Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından da bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə bir sıra mədəni-maarif müəssisələrinə ədibin adı verilib. Onun vaxtilə müəllimlik etdiyi yaşayış məntəqəsi Cəlilkənd adlandırılıb. Bakı və Naxçıvanda Cəlil Məmmədquluzadənin ev-muzeyləri, Nehrəm və Cəlilkənddə xatirə muzeyləri yaradılıb. Həmçinin Naxçıvan və Cəlilabadda ədibin heykəli ucaldılıb. Görkəmli yazıçının əsərləri latın qrafikası ilə yenidən çap olunub, bir sıra xarici dillərə tərcümə edilib, yaradıcılığının tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR