17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Əsgərlər arasında keçirilən intellektual oyunun qalibləri mükafatlandırılıb
Culfa sərhəd komendantlığının əsgərləri arasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vətəni tanı” intellektual oyununun qalibləri müəyyənləşib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, iştirakçılar pazl şəklində olan Azərbaycanın xəritəsində müxtəlif rənglərdə göstərilən şəhər və rayonları müvafiq olaraq xəritə üzərində öz yerinə yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamamlayıblar.
Xəritəni daha tez tamamlayan əsgər Muxtar Balaqadaşov qalib adını qazanıb. Əsgər Əlimurad Qasımzadə ikinci, əsgər Samir Hümbətov üçüncü olub. Kiçik çavuş Şərif Nəsibov və əsgər Cəfər Əhmədov isə fərqləndiklərinə görə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılıblar.
Nəzrin Abbaszadə
Emtv.az