SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

3 dost 14 yaşlı qızı zorlayıb, sonra elçi göndərdilər - Təqsirləndirilən yenidən məhkəməyə çıxarılacaq

19-02-2019, 12:10 | Oxunub: 10 237 |

3 dost 14 yaşlı qızı zorlayıb, sonra elçi göndərdilər - Təqsirləndirilən yenidən məhkəməyə çıxarılacaq

14 yaşlı qıza təcavüz etdilər, sonra isə video görüntülərini yayacaqları ilə hədə-qorxu gəldilər.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə məhkum olunan İsmayılov Hüseyn Xaliq oğlu azadlığa çıxmaq üçün cəza çəkdiyi müəssisədən Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Yasamal rayon sakini Maya Cəfərova (ad və soyad şərtidir) azyaşlı qızının bir neçə nəfər tərəfindən kütləvi olaraq cinsi təcavüzə məruz qalması faktı ilə bağlı rayon polis idarəsinə müraciət edib.

Belə ki, 14 yaşlı Nailə Cəfərova (ad və soyad şərtidir) Emin Qara oğlu Alıyev, Hüseyn Xalıq oğlu İsmayılov və Hacı Taleh oğlu Məmmədov tərəfindən aldadılaraq təcavüz edilib.

Hadisədən sonra 14 yaşlı qız Emin və dostları tərəfindən hər dəfə video görüntülərinin yayılacağı ilə şantaj olunub. Dəfələrlə Emin və dostları - Hüseyn, Rəhman, Murad və Məmmədəli tərəfindən şantajlara məruz qalan, görüntülərin yayılmaması üçün ondan dəfələrlə pul tələb edilən Nailə Cəfərova barəsində bir neçə dəfə sosial şəbəkələrdə məlumatlar yayılıb. Zərərçəkmişin ailəsinin polisə müraciəti əsasında iş Yasamal rayon Polis İdarəsində araşdırılıb və məhkəməyə göndərilib.

Azyaşlı qızın anası isə bildirib ki, evinə qarşı tərəfin - təqsirləndirilən Emin Qara oğlu Alıyevin anası elçi gəlib. Məqsəd isə oğlunu bir gün sonra çıxarılacaq məhkəmə hökmündən azad edilməsinə nail olmaq olub: "Mən evdə yox idim. Emin Alıyev və Hüseyn İsmayılovun məhkəmə hökmünə bir gün qalmış Eminin anası qızıma elçi gəlib. Bunu mənə evdəkilər xəbər verdilər. Sonradan evə gəldim və günahkarın anası ilə görüşdüm. Bildirdim ki, qətiyyən belə bir şey ola bilməz. Hər halda bu məsələdən sıyrılıb çıxmaq üçün belə bir addım atıblar. Necə ola bilər ki, qızımın başına dostları ilə birgə oyun gətirən adama qızımı həvalə edim? Emin Qara oğlu Alıyevin anası isə bildirib ki, bu hadisədən pis olublar və oğlu uşaqlıq edib. "Qızı istəyirik", "alırıq", "Hər şeyi arxada qoyub, bu məsələni həll edək", "ailə qursunlar" kimi sözlər deyib. Mən isə razılıq vermədim və bildirdim ki, belə bir şeyin olması mümkünsüzdür".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Alıyev və Hüseyn İsmayılov 7 il azadlıqdan məhrum edilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR