SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı - “O pis vərdişin yolçusu..."

18-02-2019, 16:37 | Oxunub: 10 110 |

Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı - “O pis vərdişin yolçusu..."

Mən Tacir Şahmalıoğlu olaraq deyirəm, gəlib qanımı yoxlasınlar, görsünlər ki, qanımda narkotik çıxacaqmı?

Emtv.az yerli KİV-ə istinadən Tacir Şahmalıoğlu ilə müsahibəni təqdim edir:

- Tacir müəllim, bir müddət bundan öncə mətbuatda ananızın məskunlaşdığı evdən çıxarılması haqqında məlumatlar yayılırdı. Bu məsələnin sonu necə yekunlaşdı?

- 10 nəfər yanğınsöndürən, 10 nəfər polis, 10 nəfər də məhkəmə işçisi gəlmişdi. Onların sayını görəndə dəhşətə gəldim. Baxdım ki, onlarla bacara bilməyəcəm. Onlara müqavimət göstərmək lazım idi. O da mənlik deyildi. Xalqın içində olan adamam, belə şeylərlə məni gözdən salmaq istəyirdilər. Onlar gələndə yanımda anam, bir də bacılarım vardı. Hamımız onların hərəkətinə baxırdıq. Əgər bir balaca onlara müqavimət göstərsəydik, məni həbs etdirərdilər.

- Anan illərdir ki, yaşadığı evi tərk edəndə hansı hissləri keçirdi?

- Anam özündə deyildi. Dəhşət pis olmuşdu. Mən də sındım, bu məsələdə anamın qarşısında aciz qaldım. Anam oğlunun iyini ordan alırdı. Ona tək təskinlik verən rəhmətlik qardaşımın yaşadığı evin divarları idi. O da daha yoxdur. Deyir ki, mən ancaq bu evdə təskinlik tapıram. Canında Azərbaycan qanı daşıyan kimsə bu hərəkəti edə bilməz. Çox əsəbiləşmişdim.

- Deyirsiniz ki, həmin vaxt Yanğından Mühafizə İdarəsinin əməkdaşları da hadisə yerində olub. Onların gəlişinin səbəbi nə olub?

- Bizim həmin binada qohumlarımız yaşayır. Yəqin düşünüb ki, bizdən kimsə müqavimət göstərər, nə bilim, özünü yandırar. Yəqin təhlükəsiz tədbirlərini öncədən hazırlayıblar. Biz niyə səs-küy salaq ki? Əksinə mən orada qonşuları sakitləşdirdim. Dünən bizi çıxardılar, sabah bir başqa evin yiyəsini bayıra atacaqlar. Onsuz da mən oradan çıxacaqdım, amma daha belə vəziyyətdə yox. Mənim xalqımın nümayəndəsinin hərəkətlərini belə görəndə nifrət elədim. Gözümün qarşısında anamı sürüyürdülər. 4-5 nəfər də mənim qolumdan tutub torpağın üstündə sürüyürdü. Hələ bacımı da o yan, bu yana çəkişdirdilər. Dedim ana, belə şey bizə yaraşmaz. Gəl gedək, bu ev, bu da onlar, nə istəyirlər etsinlər, haram xoşları olsun. Ev sahibi də ordaydı, bomj görkəmində qıraqda durub baxırdı. Mənim böyük sənətim var. Allah bu günə kimi mənə arxa olub. Bundan sonrakı əsrdə ikinci Tacir doğula ya yox. Getdi, bəlkə də doğulmayacaq. Çox əfsuslar olsun ki, belə sənət sahibinə qiymət qoymadılar. Mən bu gün sənətimin çörəyini yeyirəm, xalqıma mənim canım qurban. Aramızda musiqini yaxşı anlayan oğlanlar var. Onlar qoymurlar ki, mən çörəksiz qalam. Mən heç bir vaxt pula önəm verməmişəm. Yaxşı dostlar sağ olsun. Hansı ki, o dostlar məni sınmağa qoymurlar.

- Müğənni Fədayə Laçının həbsindən xeyli vaxt keçir. Onu həbsxanada görməyə getmisiniz?

- Yox. Ona artıq iş kəsilib. Bu yaxınlarda onunla görüşəcəm. Deyirlər, hələ Kürdəxanıdadır. Mən onunla tonlarla çörək kəsmişəm. Fədayə kişi kimi qadındı. Heyif ondan. Ağlının ucbatından bu hala düşdü. Düşünmədən atdığı addımların ziyanını gördü. Bir dəfə mənə zəng elədilər. Dedilər ki, Fədayə Laçın həbs olunub. Dedim ki, bu, belə də olmalı idi. Fədayə öz sənəti, öz işi-gücü ilə məşğul olsaydı, belə olmazdı. Götürüb yazdılar ki, guya mən demişəm ki, Tacir Şahmalıoğlu belə olacağını bilirmiş. Zəng etdim ki, adam kişi olar, mən elə fikir işlətməmişəm. Fədayə öz işi, güçü, sənəti ilə məşğul olsaydı, başı musiqiyə qarışsaydı, niyə türməyə düşməliydi? Mən həmişə Fədayə haqqında müsbət fikirdə olmuşam. 3 gün yol getsən, darıxmazsan. Özü də qoymaz ki, kimsə əlini cibinə salsın. Dost üçün pul xərcləyər. Fədayə düşünmədən atdığı addımların ziyanlarını görür. Heç bir günahı yox idi, elə bil aldadıldı. Qadınları tez aldatmaq olur. Gərək belə olmayaydı. İndi gözləyirik, bəlkə martda əfv olunar. Bütün günü ona dua edirəm. Oğlu var, Allah saxlasın. Başını salsın aşağı, oğlunu böyütsün.

- Müğənni Manaf Ağayev demişdi ki, Fədayə Laçının ailəsi kirayədə yaşayır. Amma kirayə pulunu verə bilmirlər. Ötən günlərin xətrinə onun ailəsinə baş çəkmisiniz?

- Onun ailəsinə, anasına böyük hörmətim var. Fədayə ilə bir yerdə işləyəndə ona həmişə hörmətlə yanaşmışam. Süfrəsində oturub bişirdiyi yeməklərdən yemişik. Çox gözəl bir anadır. Son zamanlar isə getməmişəm. Bunun da səbəbi var?

- Səbəbi nədir?

- Bacısı İlahə Fəda məni çox yordu, demək olar ki, sındırdı. Məni ittiham edir. Deyir ki, Fədayənin başına bu oyunun gəlməsində günahkar mənəm. Söyüş söyür, telefonda ünvanıma ağzına gələni deyir. Dedim ki, bala, get bəlanı başqa yerdə axtar. Mən Fədayə ilə 15 ildir görüşmürəm, müəyyən səbəblərdən yolumuz ayrılıb. Onunla bir yerdə olsaydım, ittiham etməyə bəlkə hardasa haqqı çatardı. Mən Tacir Şahmalıoğlu olaraq deyirəm, gəlib qanımı yoxlasınlar, görsünlər ki, qanımda narkotik çıxacaqmı? Belə bir şey olarsa, millət gəlib üzümə tüpürsün. O pis vərdişin yolçusu olmadım deyə ondan aralandım. Gördüm ki, Fədayə səhv yoldadır, onu geri qaytarmağa gücüm çatmadı. Fədayə də cavan, gözəl idi, qulaq asmırdı. Söz deyirdin, eşitmirdi. Baxdım ki, belə getməz, özüm yarıdan qayıtdım. Onun bacısı mənə, balalarıma qarğış elədi. Onun bacısı düz insan deyil. O, düz insan olsaydı, bilərdi ki, mən onun bacısına sənət vermişəm. O sənət ki, Fədayə ömrünün sonuna kimi yeyəcəkdi. Mən ona heç bir pislik eləməmişəm. Oxuyanlar da bunu təsdiqləyər. Yalnış adamlarla oturub-dururdu. Allah vergisi vardı, heyif ki, Fədayə belə bir istedadın qədrini bilmədi.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR