SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Poeziyamızın fatehi” bədii qiraət müsabiqəsi başa çatıb

16-02-2019, 14:38 | Oxunub: 10 100 |

“Poeziyamızın fatehi” bədii qiraət müsabiqəsi başa çatıb

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” çərçivəsində “Poeziyamızın fatehi” bədii qiraət müsabiqəsinə yekun vurulub.

Emtv.az yerli mmətbuata istinadən xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunduğunu, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini bildirib. Diqqətə çatdırılıb ki, belə bir tarixi ildə görkəmli şairin yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyat və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkanlar açır.

Tədbirdə çıxış edən şairlər Əbülfəz Ülvi, Elxan Məmmədov və Ələsgər Nehrəmli bildiriblər ki, bədii dilin sadəliyi və aydınlığı baxımından İmadəddin Nəsimi lirikası sələflərindən və xələflərindən fərqlənir. Onun dərinmənalı şeirləri Azərbaycan şeir dilinin zənginliyini, sadəlik və aydınlığını, geniş imkanlara malik olduğunu nümayiş etdirir. Nəsimi öz ideyalarını, hürufi fikirlərini xalqa çatdırmaq üçün sadə və anlaşıqlı dildə yazmağa üstünlük verib. Onun XIV-XV əsrlərdə yazılmış elə şeirləri var ki, həmin poetik nümunələri dilin saflığı baxımından xalq dilinin poeziyada hakim mövqeyə çatdığı XVIII əsr lirikası örnəkləri ilə müqayisə etmək olar.

Sonra müsabiqəyə start verilib, gənclər Nəsimi yaradıcılığına dair müxtəlif şeirlər səsləndiriblər.

İyirmi gəncin iştirak etdiyi müsabiqədə gənclərin bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən “Hardasan” şeiri ilə Qızbəsti Quliyeva I, “İstəmə” şeiri ilə Gülay Tahirli II, Aytac Əliyeva isə yenə də “Hardasan” şeiri ilə III yerin qalibi adına, digər üç yerin sahibləri isə həvəsləndirici mükafatlara layiq görülüblər.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR