SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

15-02-2019, 16:13 | Oxunub: 9 802 |

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

Ötən il Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordubad rayonu üzrə 5, Culfa rayonu üzrə 5, Şahbuz və Sədərək rayonlarının hər biri üzrə 2 hektar daşlı və çınqıllı ərazi abadlaşdırılaraq su xətti ilə təmin edilib, həmin ərazilərdə yeni meyvə və üzüm bağları salınıb.

Emtv.az Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsin-ə istinadən xəbər verir ki,2017-ci illə müqayisədə çoxillik əkinlərin sahəsi 47 hektar artırılaraq 1673 hektara çatdırılıb, bunun da 1424 hektarı meyvə bağları, 249 hektarı isə üzümlüklərdir. Müqayisə olunan dövrdə meyvə bağlarının sahəsi 37 hektar, üzümlüklərin sahəsi isə 10 hektar artıb.

Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunub, əkin sahələri genişləndirilib, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlib.

Ötən il torpaq mülkiyyətçiləri arasında maarifləndirici tədbirlərin keçirilməsi də diqqətdə saxlanılıb, Şərur rayonunun 8, Babək rayonunun 5, Şahbuz rayonunun 5, Culfa rayonunun 4, Ordubad rayonunun 3, Kəngərli rayonunun 3 bələdiyyəsinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanaraq müvafiq bələdiyyələrə təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR