SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”

15-02-2019, 16:01 | Oxunub: 10 777 |

“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”

Azərbaycanın tanınan müğənnilərinin özəl həyatı vaxtaşırı gündəmə gəlir. İctimai maraq müğənnilərin yaradıcılığından çox, onların şəxsi həyatına yönəlir.

Əslində, bütün dünyada media siyasətçilərdən, ədəbiyyatçılardan və digər peşə sahiblərindən daha çox müğənnilərin, eləcə də aktyorların barəsində xəbərlər yaymağa çalışır. Çünki bu xəbərlər daha tirajlı olur.

Azərbaycanda aktyorlardan da ən çox müğənnilər haqda xəbərlərə maraq var. Əsasən də qadın müğənnilərə. Onların sənəti, yaradıcılığı kimsəni maraqlandırmaz. Allah tərəfi, dərin sənət nümunəsi ortaya qoyan da yoxdu, onlardan bunu tələb edən də. "Rakkada-çıkkada" mahnılarla millətin sevimlisinə çevrilmək mümkündüsə, özlərini niyə çətinə salıb, vaxtlarını, enerjilərini, paralarına boşuna xərcləsinlər?!

Son vaxtlar bəzi qadın müğənnilərin sponsorları haqda da maraqlı və ziddiyyətli məlumatlar yayılır. Bu məsələdə müğənni Damlayla Şəbnəm Tovuzlu öndə gedir yazsaq, yəqin ki, yanılmarıq.

Emtv.az xəbər verir ki,yerli KİV-ə verilən məlumata görə, Damlaya maddi dəstək verən şəxs Azərbaycanın qərb rayonlarından birinin icra strukturunda yüksək vəzifə tutur. Onun sabiq nazirlərdən birinin xalası nəvəsi olduğu haqda məlumatlar var. Mənbəmiz musavat.com-a həmin məmurun adını deyib, fotosunu yollayıb. Amma bəzi etik səbəblərdən Damlanın sponsor-sevgilisinin adını hələlik yazmağı məqsədə uyğun bilmirik. Mənbə bildirir ki, həmin məmur çox zəngindir. Onun bölgələrdə, paytaxt Bakıda və xarici ölkələrdəki mal varlığı haqda da bəzi bilgilər əldə etmişik. Mənbənin iddiasına görə, adam o qədər zəngindir ki, 15-20 müğənni saxlamaq imkanlarına malikdir. Onun adı yerli mətbuatda, demək olar ki, indiyədək hallanmayıb.

Damlanın sevgilisi iddia edilən şəxs

Qaynağımızın iddiasına görə, bu məmur adının hallana biləcəyindən çox ehtiyat edir. Ona görə də iz azdırmaq üçün Damlanın yanına Şəbnəmi də qoşaraq, onların sevgililərinin başqa adam(lar) olduğu haqda mediada yalan məlumat yaydırır. Və yalan xəbər sosial şəbəkələrə də ayaq açıb. Bu qadın müğənnilər də, sanki, bilincli şəkildə heç bir təkzib vermirlər. Çünki "sponsor" müəllim belə tələb edir.

Amma cidanı çuvalda, sevgilini gizlində saxlamaq olmaz, necə deyərlər. Xüsusilə də müasir dünyada xəbər gizlətmək mümkünsüz işdi.

Emtv.az xatırladır ki, Şəbnəm Tovuzlu bir neçə ildir ki, Hacı Rafiq kimi tanınan iş adamı ilə evli olduğunu deyir. Ərli qadın olduğunu deyən Şəbnəm adı başqa bir kişiylə sevgili kimi hallansa da bundan rahatsız olub, təkzib yaymır.

Yeri gəlmişkən, özünə Tovuzlu ləqəbi götürmüş Şəbnəmin, əslində, Cəlilabaddan olduğu deyilir. Müğənninin yaxınlarının yerli mətbuata bildirdiyinə görə, onun atası Cəlilabad rayonundan, anası Tovuzun Qovlar qəsəbəsindəndir. Atası bunları tərk edib getdikdən sonra, anası yenidən Tovuza qayıdıb və başqa biriylə ailə qurduğu üçün Şəbnəm xalasının himayəsində böyüyüb.

“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR