17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Abşeronda yanacaqdoldurma məntəqəsində bankomata hücum - Oğurluq cəhdi iflasa uğradı
Emtv.az DİN Mətbuat Xidmətin-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nəzrin Abbaszadə
Emtv.az