SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Göyçayda qadının abort zamanı ölməsi ilə bağlı cinayət işi başlandı

14-02-2019, 10:34 | Oxunub: 12 144 |

Göyçayda qadının abort zamanı ölməsi ilə bağlı cinayət işi başlandı

Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Emtv.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından yerli mətbuata bildirilb ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyevanın Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində ölməsi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, zəruri olan sənədlərin surəti götürülüb, ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, N.Əliyeva həyat yoldaşının Göyçayda çoban işləməsi məqsədi ilə rayonun Qaraməryəm kəndinə köçüb, fevralın 11-də hamilə olduğu üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib. Qadının hamiləliyi müəyyən olunduqdan sonra o həmin gecəni xəstəxanada qalıb, fevralın 12-də abortdan sonra qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR