17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanda kitablardan ƏDV götürülsün
Deputat Fazil Mustafa Azərbaycanda kitabların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi məsələsini parlamnetin bu gün keçirilən plenar iclasında qaldırıb.
Emtv.az xəbər verir ki, o, qeyd edib ki, bu günlərdə Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV götürülüb:
“Bununla da orada oxuyan cəmiyyət ənənəsinə start verildi. Bu ənənənin Azərbaycanda da davam ertdirilməsi lazımdır. ƏDV Gürcüstanda da kitablar üzərindən götürülüb.
Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu, kitaba münasibətin göstəricisidir.
Bizdə kitablar həddən artıq bahalıdır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək”
Nəzrin Abbaszadə
Emtv.az