SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində səhnəyə qayıtdım - Aleksandr Şarovski

11-02-2019, 15:58 | Oxunub: 8 055 |

Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində səhnəyə qayıtdım - Aleksandr Şarovski

Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski doğma teatrın səhnəsində ad gününü qeyd edib.

Emtv.az xəbər verir ki, səbəbkarın şərəfinə "Maskarad" tamaşasının nümayişi olub. Tamaşanın üstün cəhəti odur ki, A.Şarovski təkcə rejissor deyil, həm də baş rollardan birini ifa edir. Tanınmış rejissoru səhnədə aktyor kimi görmək isə teatr sənətinin pərəstişkarları üçün xüsusi xoşbəxtlikdir.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiya, Avstriya və İsveçin Azərbaycandakı səfirləri, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

KİV nümayəndələri ilə söhbətində A.Şarovski tamaşada Arbenin rolunun onun üçün çox qiymətli olduğunu və buna görə də səhnədə məmnuniyyətlə çıxış etdiyini vurğulayıb: "Məni təbrik etməyə gələn hər kəsə təşəkkürümü bildirirəm. Heç kəs bilmirdi, lakin belə oldu ki, bir müddət əvvəl səhhətimdə problem yarandı və düşündüm ki, bir də heç vaxt səhnəyə artist kimi çıxa bilməyəcəyəm".

Xalq artisti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müalicə almasına göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

A.Şarovski əlavə edib ki, ad gününü doğma teatrın səhnəsində tamaşaçılarla keçirməkdən məmnundur.

Gələcək yaradıcılıq planları baradə danışan rejissor qeyd edib ki, may ayında Bernard Şounun pyesinin motivləri əsasında səhnələşdirilmiş "Milyonçu qadın" tamaşası təqdim olunacaq. Tamaşa Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub.

"Maskarad" tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonra xalq artisti A.Şarovski tamaşaçılara müraciət edib:

"Əziz dostlar, bu gün mənim debütümdür. Bundan əvvəl mən səhnə ilə vidalaşmış və düşünmüşdüm ki, yalnız rejissor kimi fəaliyyət göstərəcəyəm. Lakin Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində ayağa qalxdım. Azərbaycanın Birinci-vitse prezidentinin köməkçisi Anar Ələkbərov vasitəsilə Mehriban Əliyevaya minnətdarlığımı çatdırmaq istəyirəm. Hər kəsə təşəkkür. Həyat davam edir və hər şey irəlidədir..."

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR