SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?

11-02-2019, 14:15 | Oxunub: 2952 |

Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?

Salvadorda fələstinli daha bir solçunun prezident seçilməsi bəşəriyyətdə yeni sosializm dalğasının başlandığı iddialarını artırır; Sərdar Cəlaloğlu: “Skandinaviya ölkələrində kasıbların hakimiyyəti deyil”
Salvadorda fələstinli Nayib Bukele prezident seçilib. 37 yaşlı Bukele 2012-ci ildə Nuevo-Kuskatlan bələdiyyəsindən mer seçilib. 2015-ci ildə San-Salvadorun meri vəzifəsini daşıyıb.


O, Farabundo Marti adına Milli Azadlıq Cəbhəsinin namizədi olub. Bu təşkilatın adı 1932-ci ildə qətlə yetirilmiş salvadorlu kommunist Farabundo Martinin adına bağlıdır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,bu partizan təşkilatının nümayəndəsi, keçmiş telejurnalist Maurisio Funes 2009-cu ildən bəri Salvadorun prezidenti idi. O, rəqibi olan polis şefi - Rodriqo Avilanın seçkidə dizlərini yerə qoymuşdu.

1992-ci ildən bu təşkilata fələstinli Şəfik Xandal rəhbərlik etmişdi. İndi təşkilatın daha bir fələstinli üzvü - Bukelenin prezident seçilməsi təsadüfi hesab olunmur.

Hətta 2004-cü ilin prezident seçkilərində Ş.Xandal səslərin 36 faizini alaraq ikinci olmuşdu. Nəhayət, 2009-cu ildə 49 yaşlı Maurisio Funes prezident seçilir. Bu sol ideologiyanın Latın Amerikasında zəfərlərindən biri kimi də dəyərləndirilir.

Ancaq Salvador L.Amerikasında ilk sol hakimiyyət olan ölkə deyil. Venesuelada Nikolas Maduro, Boliviyada Evo Morales solçu liderlərdir. Eyni zamanda Ekvadorda və Çilidə hakimiyyətdə sosialistlərdir.

Kubada solçu inqilabçıların hakimiyyətdə olduğunu bilməyən yoxdur - Raul Kastro prezidentdir. Nikaraquada isə sandinistlər iqtidara qayıdıblar. Uruqvayda da solçu prezidentdir.

Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?
Nayib Bukele

Paraqvayda sol ideologiyaya meyilli Fernando Luqo 2012-də devrilib. Braziliya və Argentinada isə sol partiyalar seçkilərdə uduzublar.

Avropaya gəlincə, Portuqaliyada 1986-cı ildən bəri iki partiya hakimiyyətdə bir-birini əvəzləyir: sosialist partiyası və sosial-demokrat partiyası...

Sosial-demokratların ənənəvi güclü olduğu coğrafiya əsasən Skandinaviyadır. Danimarka, İsveç, İslandiya, Norveçdə sosial-demokratiya üstün görünür.

Asiya qitəsinə gəlincə, Çin, Vyetnam, Laos, Nepalda kommunist hakimiyyətləridir. Afrikada isə Anqola solçuların hakimiyyətdə olduğu dövlətdir.

Almaniyada da sosial-demokratlar parlamentdə mühüm mövqe tuturlar. Fransadakı “sarı jiletlilər” hərəkatında oraq-çəkic olan kommunizm bayraqlarının Parisdə küçələrdə qaldırılması Avropanın bu dövlətində də sol ruhun gücünü nümayiş etdirdi.

Bununla demək olmaz ki, kapitalizm dünyasının yarısında sosialistlər hakimiyyətdədir. Çünki onların əksəriyyətinin sadəcə adı sosialistdir, özləri siyasətlərində neliberallardan geri qalmırlar.

Sadəcə, son illərdə Qərb ölkələrinə miqrant axını millətçiliyin alovlanmasına, seçkilərdə sağçı partiyaların daha çox səs almasına gətirib çıxardı. Çünki onlar miqrantlara qarşı sərt tədbirlər görülməsi, onların ölkədən çıxarılması təşəbbüsü ilə çıxış edirlər.

Sovet İttifaqının süqutundan sonra hakimiyyətə yeganə olaraq Moldova kommunistləri müvəffəq olublar. 2001-ci ildə hakim partiya seçilən Kommunist Partiyası 2009-cu ilə qədər iqtidarda olub.

Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a dedi ki, Salvador kimi geridəqalmış ölkələrlə Skandinaviya dövlətlərindəki sosializm fərqlidir.

ADP sədrinin fikrincə, Skandinaviya ölkələrində kasıbların hakimiyyəti deyil: “Kommunist ideologiyası ilə dövlət idarə etməklə sosial dövlət anlayışı ayrı-ayrıdır. Bu gün solçuluq dünyada siz deyən qədər geniş yayılmış ideologiya deyil.

Əsrin əvvəllərində sosialistlər dünyada hegemon idilər, Sosintern var idi. Sosial ədaləti Skandinaviya dövlətləri prioritet hesab edirlər, ideologiya kimi qəbul etmirlər.

Kasıb ölkələrdə sosial dövlət yaratmaq olmur, sosialist dövləti resursu böyük dövlətlərdə qurulur. Azərbaycan isə sol ideyanın hakim olduğu dövlətdən çıxıb, indi onların yenidən iqtidara gəlmək şansları yoxdur".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR