SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qubada itkin düşən ekskovatorçu hələ tapılmayıb

11-02-2019, 13:31 | Oxunub: 2460 |

Qubada itkin düşən ekskovatorçu hələ tapılmayıb

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Emtv.az Fövqəladə Hallar Nazirliyin-ə istinadən xəbər verir ki, axtarışlara nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən su çəkmə işləri həyata keçirilir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR