SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Rusiyada 33 yaşlı azərbaycanlıya hökm oxundu

11-02-2019, 12:25 | Oxunub: 2214 |

Rusiyada 33 yaşlı azərbaycanlıya hökm oxundu

Rusiyanın Belqorod vilayətinin Veydelevka rayon məhkəməsində 33 yaşlı azərbaycanlıya hökm oxunub.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki,Belqorod vilayətinin prokurorluğunun yaydığı məlumata əsasən, azərbaycanlı 2018-ci il noyabrın 2-də Rusiya ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıb.

Aparılan araşdırmalar zamanı törətdiyi cinayət səbəbindən onun Rusiya ərazisinə girişinin qadağan olunduğu və bu səbəbdən sərhədi müəyyən edilməmiş yerdən keçmək istədiyi məlum olub.

Məhkəmənin qərarına əsasən, azərbaycanlı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR