SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda “koksaki” virusu yayılıb? - AÇIQLAMA

11-02-2019, 11:50 | Oxunub: 2747 |

Azərbaycanda “koksaki” virusu yayılıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə “koksaki” adlı virus yayılması barədə xəbərlər gündəm olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.

Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.

Səhiyyə Nazirliyindən yerli mətbuata verilən açıqlamada bildirilib ki, “koksaki” adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

Qeyd edək ki, bu xəstəlik, adətən, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR