SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tramp: Dincəlmirəm, işləyirəm

11-02-2019, 11:11 | Oxunub: 2542 |

Tramp: Dincəlmirəm, işləyirəm

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl mətbuata sızan iş qrafiki ilə bağlı qalmaqaldan sonra ünvanına səslənən tənqidlərə reaksiya göstərib.

Bundan əvvəl Trampın Ağ Evdəki gündəlik iş qrafikinin 60 faizə yaxınını şəxsi işlərinə sərf etdiyi barədə xəbər yayılmışdı.

Emtv.az xəbər verir ki,Ağ Ev rəhbəri bu iddialara “Twitter” səhifəsində cavab verib.

“Əslində, məndən əvvəl gəlib-getmiş prezidentlərlə müqayisədə, daha çox işləyirəm”, - deyə Tramp qeyd edib.

Amerikalı lider bildirib ki, jurnalistlər onun haqqında mənfi yox, müsbət fikirlər səsləndirməlidir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR