17:02 - Bakıda "Seyid" ləqəbli narkotacir saxlanıldı
16:59 - Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən yeni araşdırma
16:54 - Bakıda yanğın olan mənzildə meyit tapıldı
16:49 - Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTO
16:45 - Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldi
16:42 - Diqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandır
16:40 - Çexiyanın Azərbaycandakı səfiri idmançılarla görüşüb - FOTO
16:37 - 11 yaşlı idmançılarımız Latviyada üç medal qazandı - FOTO
16:33 - Lavrov onu izləyən “böyük qardaş”dan şikayətləndi
16:30 - İŞİD-ə böyük yardım edən qadın tutuldu
16:28 - 49 yaşlı Lopez striptiz işçisi rolunda
16:24 - Ərdoğandan Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı bəyanat
16:22 - “Avtobus sürücüsü” kimi cərimələnən tələbə ilə bağlı DYP səhvini boynuna aldı
16:18 - Rusiya azərbaycanlıları bəyanat yaydı: Xarici qüvvələrin təxribatıdır
Güclü yeraltı təkanlar gözlənilir? - RƏSMİ AÇIQLAMA
"Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir".
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat katibi Vüsalə Rafiqqız deyib. O bildirib ki, zəlzələ ocağı sönənə qədər aftrşoklar davam edəcək: "Fevralın 9-da axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi. Həmin zəlzələ 3 bala qədər hiss olundu. Biz əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Mümkündür ki, bu afterşokların içərisində hiss olunanları da olsun. Məsələn, fevralın 5-də baş verən yeraltı təkanın afterşokları fevralın 9-da axşam saatlarında yenidən hiss olundu. Sadəcə olaraq, afterşoklar zəlzələnin baş verdiyi ərazilərdə hiss edilir".
V.Rafiqqızı qeyd edib ki, güclü yeraltı təkanların baş verəcəyi gözlənilmir: "Dediyim kimi, bundan sonra da afterşokların davam edəcəyi gözlənilir. Təbii ki, hansı maqnituda ilə baş verəcəyini demək çətindir. Hər halda fevralın 5-də baş verən titrəyişlərin təkrar olunması gözlənilmir. Yenə deyirəm ki, aşağı maqnituda ilə yeraltı təkanların hiss olunması gözlənilir".
Nəzrin Abbaszadə
Emtv.az