SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Qoy düşmən bilsin ki, Mübariz İbrahimovun torpağa axmış qanının hər damlasından bu torpaq yüzlərlə yeni Mübarizlər yetirəcək" -Faiq ƏHMƏDOV - VİDEO

9-02-2019, 23:10 | Oxunub: 4674 |

"Qoy düşmən bilsin ki, Mübariz İbrahimovun torpağa axmış qanının hər damlasından bu torpaq yüzlərlə yeni Mübarizlər yetirəcək" -Faiq ƏHMƏDOV - VİDEO

“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilmişdir

Emtv.az xəbər verir ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə tədbir keçirilmişdir.

İlk öncə tədbir iştirakçıları İkinci Fəxri Xiyabanda Milli qəhrəmanın məzarını ziyarət ediblər.

Məşədi Faiq Əhmədov şəhidimizin məzarı önüdə çıxış edərək Mübariz İbrahimovun keçdiyi həyat yolu və qəhramanlığı barədə qısa nitq söyləyib.

Öz çıxışında Birliyin sədri qeyd etmişdir ki, bu gün ermənilərlə döyüşərək həlak olan şəhidlərimiz təkcə torpaqlarımız uğurunda deyil, eyni zamanda da xalqın namus və qeyrəti uğurunda şəhidlik zirvəsinə qalxmışlar.

Həmçinin öz çıxışında Faiq Əhmədov bunları demişdir: "Qoy düşmən bilsin ki, Mübariz İbrahimovun torpağa axmış qanının hər damlasından bu torpaq yüzlərlə yeni Mübarizlər yetirəcək. Və bu Mübarizlər elin, xalqın qisasını gec, ya tez düşməndən alacaqlar! Cənab Ali Baş Komandanımızın da dediyi kimi, əgər məsələnin sülh yolu ilə həlli mümkün olmasa, Azərbaycan Ordusu müharibə yolu ilə də torpaqlarımızı azad etməyə qadirdir və buna hər an hazırdır!"

Sonra şəhidin qəbri üstündə dualar oxunub, gül dəstələri qoyulub.

Tədbirdə “Azərbaycanın Səsi” İctimai Birliyinin üzvlərindən Qadınlar Şurasının sədri Almaz xanım Allahverdiyeva, birliyin sədr müavini, “3-cü Hədəf” qəzetinin baş redaktoru Sevil xanım İbrahimli, Bakı şəhəri Nizami rayon təşkilatının sədri İlqar Qocayev, həmçinin İctimai Birliyin digər üzvlərindən Püstə xanım Hüseynova, Püstə xanım Sahib qızı, Sevda xanım İbrahimli və Həsən Piriyev də iştirak etmişdilər.

“Azərbaycanın Səsi” İctimai Birliyinin üzvləri tədbirin gedişində İkinci Fəxri Xiyabanda da şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, məzarları önündə baş əyib, ruhuna dualar oxumuşlar.

Daha sonra tədbir esmamedia tv internet kanalının studiyasında davam edib. Burada şəhidimizin ruhuna ehsan süfrəsi açılıb.

Tədbirin gedişində "Azərbaycanın Səsi" İctimai Birliyinin sədri, tanınmış yazar-publisist Faiq Əhmədov, şairə xanım Almaz Alı qızı və digərləri Mübariz İbrahimov barədə ürək sözlərini söyləmiş, qəhramana həsr olunmuş şerlərini səsləndirmişdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

"Azərbaycanın Səsi" ictimai birliyinin ictimaiətlə əlaqələr
şöbəsinin müdri Nəzrin xanım Abbaszadə.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR