SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Gürcüstandan gələn vətəndaşın üzərində narkotik tapıldı

9-02-2019, 17:24 | Oxunub: 3854 |

Gürcüstandan gələn vətəndaşın üzərində narkotik tapıldı

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Emtv.az Dövlət Gömrük Komitəsin-ə istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşa məxsus "Marlboro" markalı siqaretinin birinin filterinin çıxarıldığı və yerinə kağız bükülü qoyulduğu, digər siqaretində eyni qaydada olduğu və yarıya qədər çəkildiyi diqqət çəkib. Baxış zamanı 2 ədəd siqaretin içərisində təqribi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR