SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sahibkar: "Türkiyədən gətirtdiyimiz 10 dollarlıq sensora görə gömrükdə 125 manat ödəniş etmişik"

9-02-2019, 15:42 | Oxunub: 10 400 |

Sahibkar: "Türkiyədən gətirtdiyimiz 10 dollarlıq sensora görə gömrükdə 125 manat ödəniş etmişik"

Azərbaycan Arıçılıq Assosiasiyasının avadanlıqlardan birinin sensoru yanmışdı. Bakıda satışda olmadığı üçün Türkiyədən sifariş verdik, cəmi 10 dollarlıq bir əşya idi. İki gün əvvəl nümayəndəmiz onu götürmək üçün səhər saat 10:00-da hava limanına getdi və saat 16:00-da əsəbi halda qayıtdı. Həmin avadanlığa görə 125 manat alınıb.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi "Biznes islahatları" mövzusunda seminarda Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

"Deməli, 10 dollarlıq bir kabelə görə ödənilən 125 manatın 95 manatı rüsum, 30 manatı isə 3 gün anbarda qaldığı üçün ödənişdir. Məni narahat edən odur ki, nümayəndəmiz az qalırdı infarkt keçirsin, əsəbdən danışa bilmirdi, dərman verdik özünə gəldi" - sədr əlavə edib.

Tədbirdə iştirak edən Dövlət Gömrük komitəsinin (DGK) əməkdaşı bunun araşdırılacağını bildirib.

Onun sözlərinə görə, bağlama poçt göndərişi ilə şirkətin adına gəlib, amma şəxsin öz istifadəsi üçün olsaydı, ünvana göndərilərdi: "İkincisi, hər hansı ödənişlər varsa, deməli, siz bağlamanı 3 - 4 gün saxlamısınız, ona görə terminal ödənişləri etmisiniz. Bilirsiniz ki, biz karqo terminalında xidmət göstəririk. Müvafiq proseslərin gömrük xidmətinə aidiyyəti yoxdur. Gömrük orqanı ilə sizin əməliyyatlarınız təxminən 30-40 dəqiqə çəkə bilərdi. Amma bu məsələni araşdıracam. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə vətəndaşın nə vaxt yaxınlaşdığı, sənədləri nə zaman təqdim etdiyi və başqa əməliyyatlar qeydə alınır".

"Neuron Technologies" şirkətinin direktoru, ASK-nın rəyasət heyətinin üzvü və İKT komissiyasının sədri İsmayıl Ələkbərov da sahibkar həmkarına dəstək verərək bu cür problemlərin olduğunu qeyd edib: "Biz ASK-da yüzlərlə, minlərlə sahibkarın Dövlət Gömrük Komitəsilə bağlı problemləri ilə qarşılaşırıq. Ümid edirəm, bundan sonra həmin problemlər olmayacaq. Amma bu məsələlərə ciddi yanaşmalıyıq. Gördüyünüz kimi, 10 dollarlıq əşyaya 125 manat ödəniş edilib. Mən əminəm ki, bu gömrük rüsumu deyil. Biz də oxşar problemi yaşamışıq. Hansısa avadanlıqlar gəlib, bütün tələb olunan sənədləri, hətta müqaviləni Azərbaycan dilinə tərcümə edib göndərmişik ki, əngəl yaradılması üçün heç bir əsas olmasın. Təsəvvür edin ki, avadanlıq gətirilir, əməkdaşlarımız gedir ki, gömrük prosedurlarını keçsin, orda min cür bəhanələr başlayır. Biz bunu qiymətləndirməliyik, razılaşırıq. İkinci gün adamları tapa bilmirik. 3-4 gün keçəndən sonra deyirlər ki, məhsulun bu qiymətə olmasına şübhə edirik. Niyə bu qiymətə almısız? Deyirəm ki, biz onların pərakəndə distrübutoruyuq, ona görə də ucuz alırıq. İnanın, insani faktorlara görə, bu proseslər 5-6 gün gedir. Bunun nəticəsində başqa proseslər başlayır. İcazə vermirlər ki, mən başqa nəqliyyat vasitəsi ilə malı göndərim başqa yerə. Məcbur edirlər ki, mal mütləq bura boşalmalıdır. Bu, Gömrük Komitəsinin deyil, "Silk Way" və başqa qurumların problemləridir. Həmin prosedurlar elə də ucuz deyil, bu da məhlusun maya dəyərini artırır. Komitə deyir bizlik deyil, amma izah etmir ki, niyə dəyərləndirmə bu qədər uzanır".

DGK rəsmisi isə sahibkara cavabında bildirib ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" yaradılır və belə problemlər olmayacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR