SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan karateçisi Avropa çempionatında ermənini məğlub etdi

9-02-2019, 15:13 | Oxunub: 1886 |

Azərbaycan karateçisi Avropa çempionatında ermənini məğlub etdi

Danimarkanın Albo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında ikinci günə start verilib.

Emtv.az xəbər verir ki, kumite yarışlarında 55 kq çəki dərəcəsində çıxış edən Azərbaycan karateçisi Fərid Abdulkərimov ilk görüşündə serbiyalı Marko Mixayloviçə qalib gəldikdən (1:0) sonra Ermənistan idmançısı ilə üz-üzə gəlib.

O, Erik Xaçatryana da 1:0 qalib gələrək üçüncü mərhələyə vəsiqə qazanıb. Lakin bu mərhələdə türkiyəli Burak Özdəmirə uduzub. Görüşdə hesab açılmasa da, hakimlərin qərarı ilə qələbə Özdəmirə verilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR