SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ən varlı adam ən qüdrətli adama qarşı - FOTO

9-02-2019, 11:52 | Oxunub: 11 122 |

Ən varlı adam ən qüdrətli adama qarşı - FOTO

Dünyanın ən varlı adamı, Amazon korporasiyasının banisi və sahibi Ceff Bezosun dediyinə görə, "National Enquirer" tabloidinə onun intim fotolarını, telefon yazışmalarını "bilərəkdən ötürən qüvvələr" var.

O, "National Enquirer"i reketdə və şantajda suçlayıb.

Emtv.az bildirir ki, 55 yaşlı Bezos bu barədə Medium-dakı bloqunda yazıb. Onun sözlərinə görə, "National Enquirer"in sahibi "American Media" şirkəti Bezosla teleaparıcı Loren Sançesin yazışamalırını necə əldə etməsi ilə bağlı araşdırmanın dayandırmasını tələb edib: "Onlar şantaja əl ataraq dedilər ki, araşdırma dayandırılmasa, Sançeslə bir-birimizə yolladığımız fotoları dərc edəcəklər".

Yanvarın 9-da Ceff Bezos 25 il nikahda olduğu arvadı Makkenzidən boşanmaq niyyətini bəyan edib. Ertəsi günsə "National Enquirer" Bezosla teleaparıcı Loren Sançes arasındakı eşq macərası barədə böyük material dərc etdi.

"National Enquirer" jurnalının onun Sançeslə yazışmalarını necə əldə etdiyini araşdırmaq üçün Bezos araşdırma aparılmasını tapşırıb.

"American Media"nın sahibi Devid Peker ABŞ prezidenti Donald Trampla yaxın dostdur.

2016-cı ildə, prezident seçkilərindən əvvəl "American Media" 150 min dollar verərək Playboy-un sabiq modeli Karen Makduqalın açıqlamalarının dərc hüququnu satın almışdı. Sabiq erotik model Trampla "eşq macərası"ndan bəhs etməyə hazırdı. Lakin açıqlamalar dərc olunmadı.

Sən demə, Peker həmin pulu Makduqala ABŞ prezidentinin hüquqşünası Maykl Koenin xahişindən sonra ödəyib.

ABŞ prezidenti Donald Tramp "Amazon"un sahibi Ceff Bezosa kəskin antipatiysı ilə tanınır. Bezosa məxsus "The Washington Post" Trampı sürəkli tənqid edir, Tramp isə bu qəzeti özünə düşmən sayır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR