SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Emiliano Salanın nömrəsi əbədiləşdirildi

8-02-2019, 16:54 | Oxunub: 2419 |

Emiliano Salanın nömrəsi əbədiləşdirildi

Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı. Suyun altından çıxarılan təyyarədə isə argentinalı hücumçunun cəsədi tapılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, "Nant" klubu yeni qərar qəbul edib. Klub prezidenti Valdemar Kita Salanın 9 nömrəli formasının əbədiləşdirildiyini deyib. Klub saytına açıqlama verən başqan bundan sonra komandada heç bir futbolçunun bu mömrə altında çıxış etməyəcəyini deyib.

28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i geri dönərkən 59 yaşlı pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR