SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ölkədə bu xəstəliyə qarşı peyvəndləmə aparılacaq

8-02-2019, 16:23 | Oxunub: 12 196 |

Ölkədə bu xəstəliyə qarşı peyvəndləmə aparılacaq

Ölkədə epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

DBX-ə istinadən xəbər verir ki, hazırda 25 kənd və 5 qəsəbəni əhatə edən Hacıqabul rayonunda epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Hacıqabul rayonunda da heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı yanvar ayının ilk günlərindən 2019-cu ilin profilaktik tədbirlərinə başlanılıb. 39 242 baş iribuynuzlu, 137 706 baş xırdabuynuzlu, 600 baş təkdırnaqlı, 1530 baş it və 219 840 baş quş mövcud olan rayonda müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Dövlət Baytarlıq Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsi "soyuq zəncir" rejimi gözlənilməklə 8 sahə baytarlıq məntəqəsində peyvəndləmə tədbiri aparır. Dövlət vəsaiti hesabına alınmış peyvənd vasitələri mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. İlin əvvəlindən indiyə kimi rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 30 365 baş iribuynuzlu, 508 baş təkdırnaqlı heyvanda qarayara, 490 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılıb. Bununla yanaşı, 1520 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi görə qan nümunələri götürülüb. Eləcə də 1700 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

Hacıqabul rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo xəstəliyinə görə (maleinizasiya) xəstəliyinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildə rayonda 385 78 baş iribuynuzlu, 133 201 baş xırdabuynuzlu, 552 baş təkdırnaqlı heyvanda qarayara, 61 980 baş iribuynuzlu heyvanda dabaq, 38 511 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5155 baş iribuynuzlu və 11 621 baş xırdabuynuzlu heyvanda leptospiroz, 108 379 baş xırdabuynuzlu heyvanda çiçək, 38 967 baş xırdabuynuzlu heyvanda ("Rev-1"vaksini), 7060 baş iribuynuzlu heyvanda ("Ştamm-19" vaksini) bruselyoz, 3490 baş itdə quduzluq, 350 834 baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin başa vurduğumuz il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 7549 baş iribuynuzlu heyvandan qan nümunələri alınaraq müayinə edilib.

Təsdiq edilmiş iş planına uyğun olaraq rayon ərazisində fərdi və fermer təsərrüfatlarında 35.306 min kvadratmetr ərazidə profilaktiki, 1.174 min kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri aparılıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR