SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Çavuşoğlu: Azərbaycan olmayan yerdə onun maraqlarını Türkiyə təmsil edir

7-02-2019, 14:35 | Oxunub: 14 551 |

Çavuşoğlu: Azərbaycan olmayan yerdə onun maraqlarını Türkiyə təmsil edir

Türkiyə və Azərbaycan münasibətləri dövlət səviyyəsində olduğu kimi, onların xalqları səviyyəsində də güclənir.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda türk və azərbaycanlı şagirdlərlə görüşündə deyib.

Görüş Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi və Türk-Amerikan Milli Yönləndirmə Komitəsi (Türk-Amerikan Ulusal Yönlendirme Komitesi) tərəfindən təşkil olunan panel müzakirələri çərçivəsində baş tutub.

Nazir bildirib ki, xaricdə yaşayan Azərbaycan və Türkiyə vətəndaşları son illər birlikdə hərəkət edərək, ortaq və milli maraqları birgə müdafiə edirlər.

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, ancaq bəzən onlar bir ölkə kimi fəaliyyət göstərirlər. Azərbaycan olmayan yerdə onun maraqlarını Türkiyə təmsil edir. Türkiyə diplomatik missiyaları Azərbaycan diplomatik nümayəndəliklərinin olmadığı yerdə bu ölkənin maraqlarına uyğun kampaniyalar aparır. Türkiyə diplomatik missiyasının olmadığı yerdə isə Azərbaycan, başda prezident İlham Əliyev olmaqla, Türkiyənin maraqlarını təmsil edir”, - Çavuşoğlu əlavə edib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında ticarət əlaqələri gündən-günə möhkəmlənir.

“Ötən il Trans-Anadolu qaz boru kəmərinin istismara verilməsindən başqa, eləcə də, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və SOCAR tərəfindən Türkiyədə “Star” zavodu istifadəyə verildi ki, bu da Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına səbəb olub”, - Çavuşoğlu qeyd edib.

O, Qafqazda stabilliyi təmin etmək üçün yaradılmış Türkiyə-Azərbaycan-İran arasında üçtərəfli mexanizm məsələsinə toxunub.

“Azərbaycan və Türkiyə nəinki öz inkişafı, eyni zamanda, regionun inkişafı üçün əlindən gələni edir. Türkiyə və Azərbaycan birlikdə çox vacib layihələr həyata keçirir”, - Çavuşoğlu deyib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR