SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şöhrətdən alkoqolizmə bir addım: Sərxoşluğa qurşanan ulduzlar

6-02-2019, 15:15 | Oxunub: 10 721 |

Şöhrətdən alkoqolizmə bir addım: Sərxoşluğa qurşanan ulduzlar

Məşhurların həyatına həsəd aparırlar. Dəbdəbəli evlər, bahalı istirahət, daimi qonaqlıqlar. Amma hər şey göründüyü kimi deyil. Bəziləri üçün şöhrət o qədər ağır olur ki, spirtli içkidə və digər pis vərdişlərdə sakitlik axtarırlar.

Emtv.az xəbər verir ki, bu gün oxucularına sərxoşluğa qurşanan ulduzların siyahısını təqdim edir:

Lindsi Lohan

Emtv.az yerli mətbuata istinadən bildirir ki, karyerasına uşaqlıq illərindən başlayıb. Bu səbəbdən də yeniyetmə və təcrübəsiz qız narkotik və alkoqol qarşısında dayana bilmədi. Artıq 30 yaşına çatanda yüngüləxlaqlı və qalmaqallı insan obrazına malik idi, dəfələrlə qanunu pozmuşdu. Onun sərxoş vəziyyətdə etdiyi əməllər barədə hətta əfsanələr də dolaşır.

Zak Efron

Aktyor iki dəfə narkotik maddə asılılığından müalicə alıb. Sonra isə spirtli içkiyə qurşanıb. Deyilənə görə, hələ də bu vərdişdən yaxa qurtara bilmir.

Mel Qibson

Mel Qibsonun sərxoş əməlləri barədə çox adam bilir. Bir dəfə isə sərxoş halda sükan arxasına keçdiyi üçün onu saxlayan polisi döyməyə də cəhd edib. Bundan başqa, dəfələrlə ayıq başla ictimaiyyət arasında antisemit və rasist fikirlər səsləndirib.

Conni Depp

Hollivud ulduzu son bir neçə il ərzində bəxti gətirməyənlərdən sayılır. Ember Herdlə boşanma, uzanan məhkəmə prosesi, biznes-menecerinin yalanı və külli miqdarda vəsait itirmə. Jurnalistlərin fikrinə görə, baş verən problemlər fonunda Conni spirtli içkiyə güclü meyl salıb.

Ozzi Osborn

Musiqiçini ən məşhur alkoqoliklərdən biri adlandırırlar. Dəfələrlə sərxoş Osborn ailə mübahisələrinə səbəb olub. Buna görə də Ozzi spirtli içkidən qurtulmaq qərarına gəlib. O, iddia edir ki, 3 ildir ki, spirtli içki qəbul etmir.

Keyt Moss

1990 və 2000-ci illərin ən çox pul qazanan modellərindən biridir. Uzun illər şöhrətin zirvəsində olan Keyt haqqında mətbuat indi yaxşı məqalələri çox az hallarda dərc edir. Keyt spirtli içkiyə meylini heç vaxt gizlətməyib. 2016-cı ildə model sevgilisindən ayrılanda vəziyyət daha da ağırlaşdı. Nəticədə Keyt könüllü şəkildə Taylanda müalicəyə yola düşdü. Amma deyilənlərə görə, Moss yenidən içkiyə qurşanıb.

Bred Pitt

Bred dəfələrlə deyib ki, Ancelina ilə ailəsini spirtli içki yıxıb. Aktyorun sözlərinə əsasən, kollec dövründən içkiyə meyllidir.

"Məni düz başa düşün, bizim çaxır seximiz var. Mən çaxırı çox xoşlayıram. Amma normamı bilmirəm. Mən istənilən rusdan da arağı yaxşı içirəm", - deyə Pitt bildirib.

Ben Afflek

Son illər Ben heç də yaxşı görünmür. Aktyor etiraf edir ki, sərxoşluqdan bezib amma bununla mübarizə apara bilmir.

Aktyor müalicə də olunsa da, yenidən köhnə vərdişinə qayıdır. Hazırda Ben alkoqolizmlə öz gücü hesabına mübarizə aparmağa başlayıb.

Adel

Adel də alkoqol ilə problemi olan insandır. Daxili böhranlar ona gözəl mahnılar yazmağa imkan versə də, güclü depresiyaları spirtli içki ilə dəf edib. Amma musiqi Adelə bu problemi həll etməyə imkan verib. Bir dəfə həkimlər ona dedilər ki, spirtli içkiyə görə səsi korlana bilər. Adelin seçimi var idi-ya içməyə davam, ya da karyerası üçün içkidən imtina etmək. Təbii ki, Adel yaradıcılığı seçdi.

Derik Uibli

"Sum 41" qrupunun solistini spirtli içki ölümlə üz-üzə qoyub. Derik tez-ez içirdi. O, 17 yaşından içir və ayıq olduğunu xatırlamır. Bir dəfə isə araq içdikdən sonra huşunu itirir və gözlərini xəstəxanada açır. Məlum olub ki, onun qara ciyəri və böyrəyi işləmir.

Uzun aylar müalicədən sonra Derik özünə gəldi və indi həyata başqa nəzərlərlə baxır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR