SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Aqil Abbas: Lazım olsa, mən də Şuşaya döyüşə gedəcəyəm

6-02-2019, 13:14 | Oxunub: 12 217 |

Aqil Abbas: Lazım olsa, mən də Şuşaya döyüşə gedəcəyəm

Emtv.az xəbər verir ki,yerli mətbuatin müxbirinin suallarını yazıçı, millət vəkili Aqil Abbas cavablandırır:

- Üzvü olduğunuz parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iki gün öncə keçirilən iclasında “Məni Şuşaya Azərbaycan dövlət aparacaq” fikrini səsləndirmisiniz və bunu bir deputat həmkarınız öz “Facebook” səhifəsində paylaşıb.

Bu paylaşımdan sonra sizin fikirlərinizi alqışlayanlar, eyni zamanda, bir qədər istehza, ironiya, rişxəndlə yanaşanlar, gülüşlə qarşılayanlar da olub. Bəzi insanlardakı bu istehza, bu inamsızlıq nədəndir, sizcə?

- Əvvəla, bunun nədən və kimdən qaynaqlandığını bilmirəm. İkinci, söhbət məndən getmir, bizdən gedir, yəni bizi Azərbaycan dövləti Şuşaya aparacaq. Yaxşı, mən onda sual verirəm: bizi hansı ölkə aparacaq Şuşaya?

Qoy o sualıma cavab versinlər. Müharibəni də Azərbaycan dövləti aparacaq, Qarabağı da Azərbaycan dövləti işğaldan azad edəcək. Qonşu azad etməyəcək ki?!

- Niyə insanların bir qismi Qarabağın azad ediləcəyinə bir qədər şübhə ilə yanaşır, insanlarda, belə demək mümkünsə, ümidsizlik yaratmağa çalışır?

- Bilirsiniz, belələri varsa, görünür, sadəcə, kimisə söyməyə adam axtarırlar. Əslində, inamsız adam görməmişəm. Gördüyüm insanlar, deputat seçildiyim dairənin, bölgənin insanları içərisində beləsinə rast gəlməmişəm. Qarşıma çıxmayıb. Kiminsə qarşısına çıxıbsa, onun öz günahıdır. Hər kəs də öz ürəyi istədiyi yerləri görür.

Mən inanıram və qəti əminəm ki, Şuşanı da, digər yurd yerlərimizi də dövlətimiz azad edəcək. Yaşım 65-i keçib, lakin lazım olsa, mən də Şuşaya döyüşə gedəcəyəm. Burada qəribə nə var?! Düzünü deyim ki, “lazım gəlsə” sözünü heç xoşlamıram, amma savaş başlasa, mən 1990-cı ildən atəşkəsə qədər səngərdə olmuşam, yenə də səngərdə olacağam.

Bu, heç, amma kim inanmırsa, bu, onun öz işidir. İnsanlar var ki, Allaha, peyğəmbərlərə, imam Hüseynə inanmırlar. İnanmırlarsa, deməli, onların öz işdir, onları məcbur edəsi deyiləm ki?! Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz.

- Münaqişənin sonunu necə görürsünüz, hərb, yoxsa sülh yolu ilə işğal faktı aradan qaldırılacaq?

- Sülhlə nəyinsə həll olunacağına inanmıram və əsl sülh o zaman olacaq ki, müharibəni udacağıq. Erməni silahlı qüvvələri üzərində qələbə çalacağıq və bunu etməyə də tam gücümüz, qüdrətimiz var.

Azərbaycan dövlətinin, ölkə başçısının iradəsi ortadadır. Eyni zamanda, mən erməni xalqını, erməni icmasını demirəm, əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşacaqlarsa, dinc, yanaşı yaşamağı seçəcəklərsə, o zaman burada yaşaya bilərlər.

Azərbaycanda yaşayan digər xalqlar kimi, onların da burada yaşamağa haqları var. Onların da seçmək-seçilmək kimi haqları mövcuddur. Mən demirəm ki, erməniləri oradan qovub çıxaraq. Deyirəm ki, Azərbaycan Konstitusiyasına əməl edəcəklərsə, bu ölkədə nələr varsa, onlardan da istifadə etmək hüquqlarına malikdirlər.

Vətəndaşlığı qəbul edəcəklərsə, buyursunlar, otursunlar, yaşasınlar, əvvəllər necə yaşamışdılarsa, indi elə yaşasınlar.

30 ildir ki, ATƏT-in Minsk qrupu yaranıb, 1994-ci ildən bu yana atəşkəsdir. Ancaq ortada heç nə yoxdur. Sülh-sülh deməklə, yəni halva-halva deməklə heç nə olmur. O savaş olacaq və 2016-cı ilin aprelində göstərdiyimiz igidliyi onda da göstərəcəyik.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR