SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük"-Prezident İlham Əliyev

6-02-2019, 10:54 | Oxunub: 8 477 |

"Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük"-Prezident İlham Əliyev

"Zati aliləri, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Mən Sizi yenidən görməyimə çox şadam. Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik etmək istərdim. Mənə çox xoşdur ki, Siz bu əlamətdar hadisədən az sonra bizim ölkəmizə səfər etmisiniz. Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik".

Emtv.az xəbər verir ki, bunu fevralın 5-də Bakıda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Azərbaycanın dövlət başçısı daha sonra bəyan edib:"Həmçinin Sizə demək istəyirəm ki, Azərbaycanda Sizə, Sizin fəaliyyətinizə böyük hörmətlə yanaşırlar. Sizi Azərbaycanda tanıyırlar. Siz ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizə dərin hörmət bəsləyirlər. Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Sizin rolunuz bütün dünyada, o cümlədən bizim ölkəmizdə çox yüksək qiymətləndirilir. Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik. Əlbəttə, bir daha qeyd etmək istərdim ki, Sizin bütün fəaliyyətiniz öz xalqınıza xidmət işinə yönəlib. Həmçinin qeyd etmək istərdim ki, Sizin sözləriniz, dərin biliklərə, prinsipial mövqeyə əsaslanan müdrik sözləriniz gənclərin ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizim üçün çox xoşdur ki, Siz bizim ölkəyə çox xeyirxah münasibət bəsləyirsiniz. Artıq qeyd etdiyim kimi, Siz ilk dəfə deyil ki, Azərbaycana gəlirsiniz və Sizin budəfəki səfəriniz də münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Bizdə qarşılıqlı etimad səviyyəsi prezidentlərdən başlamış adi vətəndaşlara qədər bütün səviyyələrdə çox yüksəkdir. Demək istərdim ki, keçən il rekord sayda - 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Bu, onu göstərir ki, insanlar və ölkələr arasında münasibətlər ən yüksək səviyyədədir. Ona görə ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir və burada onlara doğma münasibət bəsləyirlər.

Həmçinin qeyd etmək istərdim ki, keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir. Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük. Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır.

Ölkəmizə səfər etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək və nəcib işimizdə uğurlar arzu etmək istərdim.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR