SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Guya mən ona dərman verdim, sonra cinsi əlaqədə olduq

5-02-2019, 15:46 | Oxunub: 12 139 |

Guya mən ona dərman verdim, sonra cinsi əlaqədə olduq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən O.Mehrəliyev özünü təqsirli bilmədiyini deyib.

Sonra zərərçəkmiş şəxs qismində Xətai Yusubov ifadə verib.

Onun sözlərinə görə, O.Mehrəliyevlə ortaq dostu Namiq adlı şəxs vasitəsilə sosial şəbəkədə tanış olub. O, təqsirləndirilən şəxsin məhkəmə işlərinin həllində hüquqşünas kimi kömək göstərib:“Bizim çox yaxşı dostluq əlaqəmiz olub. Bir gün Orxan dedi ki, Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya var, ona görə məndən əvvəl 100 min manat pul istədi. Biz 50 min manata razılaşdıq, pulu da Orxana verdik. Sonra Rizvan Abbasovun işlədiyi yerə gedib, danışdıq. O, məndən Ədliyyə Nazirliyindən arayış almaq üçün daha 2500 manat pul istədi. Həmin məbləği də onlara verdim. Bir qədər keçəndən sonra bildim ki, Müdafiə Nazirliyində boş yer yoxdur, aldadıldığımı başa düşdüm”.

X.Yusubov ifadəsinin davamında vurğulayıb ki, bu işə görə daha əvvəl Rizvan Abbasovla bağlı Hərbi Prokurorluğa müraciət edib:“Sonra işi Sumqayıt Prokurorluğuna göndərdilər. Əslində, Orxana 67 min manat pul vermişəm, lakin istintaq orqanı mənim 52 500 manat zərər çəkdiyimi qeyd edib. Orxan istintaqda ifadəsində söyləyib ki, guya mən evimdə ona suya dərman qatıb vermişəm, sonra mənimlə cinsi əlaqədə olub”.

Hakim zərərçəkmiş şəxsin cinsi əlaqə ilə bağlı dediklərinin protokola qeyd edilməyəcəyini deyib:“Bu, sizin şəxsi işinizdir, ittihama aidiyyəti yoxdur”.

Məhkəmə prosesi fevralın 12-də davam etdiriləcək.

İttihama görə, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

Həmçinin, o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

Bundan başqa o, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, Maman Nadirovdan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR