SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada öldü - FOTO

5-02-2019, 15:07 | Oxunub: 2952 |

Türkiyədə avtobus qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada öldü - FOTO

Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib.

Emtv/az yerli mətbuata istinadən bildirir ki, Biləcik Dövlət Xəstəxanasına çatdırılan Azərbaycan vətəndaşı, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.

Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs yaralanıb. Qəza zamanı M.Seyidov avtobusda olub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR