SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Estoniya liderinin olduğu təyyarə Riqaya enə bilmədi

4-02-2019, 17:26 | Oxunub: 2788 |

Estoniya liderinin olduğu təyyarə Riqaya enə bilmədi

Estoniya baş naziri Yuri Ratası daşıyan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar Riqaya eniş edə bilməyib.

Ratas bu gün Baltikyanı ölkələrin hökumət başçılarının qeyri-rəsmi görüşündə iştirak etməli idi.

Emtv.az xəbər verir ki,“RİA Novosti” bu barədə Estoniya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Estoniya baş naziri Yuri Ratas və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar Riqaya enə bilməyib və Tallinə geri dönüb. Ratas Riqaya polis və sərhəd mühafizə departamentinin təyyarəsində uçmuşdu”, - deyə məlumatda qeyd olunur.

Bu gün Latviyanın paytaxtında Latviya baş naziri Krişyanis Karinşin başçılığı altında Baltikyanı ölkələrin nazirlər şurasının iclası keçiriləcək. İclasda Britaniyanın Avropa İttifaqından çıxması (“Brexit” - red.), daxili bazarın gələcək perspektivləri, Avropa İttifaqının uzunmüddətli büdcəsi, Ukraynadakı siyasi-hərbi vəziyyət, həmçinin, Trans-Atlantik münasibətlər və digər məsələlər müzakirəyə çıxarılacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR