SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qarabağda zəlzələ

4-02-2019, 12:28 | Oxunub: 5822 |

Qarabağda zəlzələ

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində son 24 saat ərzində ikinci zəlzələ baş verib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar bu gün səhər saatlarında qeydə alınıb.

Maqnitudası 2,5 bal olan zəlzələnin episentri Kəlbəcər rayonundan 6 kilometr şərqdə, yerin 10 kilometr dərinliyində olub.

Zəlzələ Kəlbəcər rayonunda 3 bala gücündə hiss edilib.

Xatırladaq ki, dünən yerli vaxtla saat 09:30-da Kəlbəcərdə 3,3 bal gücündə zəlzələ olmuşdu.

3 fevral, 12:47

Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib.

Emtv.az xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 09:30-da qeydə alınmış yeraltı təkanların gücü 3,3 bal olub.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR